Mobil versiya
Gəlinini güllələyən 78 yaşlı Qusar sakini 18 il cəza aldı - FOTO
Tarix: 22-01-2016 | Saat: 16:49
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər

Gəlinini güllələyən 78 yaşlı Qusar sakini 18 il cəza aldı - FOTO
Məmmədova 4 uşaq anası olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayon sakini Amanxan Nəcəfovun (1938-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aia.az xəbər verir ki, ötən il iyulun 25-də rayonun Avaran kəndində yaşayan Amanxan Nəcəfov ailə münaqişəsi zəminində gəlini Sevinc Məmmədovaya (1977-ci il təv.) ov tüfəngindən atəş açaraq, onu qətlə yetirib.

Həmin gün hadisəni törədən şəxs RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ona məxsus “IJ-16” markalı odlu silah maddi sübut olaraq götürülüb.

Mərhumun yaxınlarının bildirdiyinə görə, münaqişələr mərhumla əri arasında bundan əvvəl tez-tez baş verib, S.Məmmədova 4 uşaq anası olub.

Məhkəmə prosesində A.Nəcəfov ittiham üzrə özünü təqsirli hesab edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi-rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024