Ana Sayfa > Parlament / Aia TV / Karusel > Gəlinini güllələyən 78 yaşlı Qusar sakini 18 il cəza aldı - FOTO
Gəlinini güllələyən 78 yaşlı Qusar sakini 18 il cəza aldı - FOTO22-01-2016, 16:49. Yazar: admin |
Məmmədova 4 uşaq anası olub. Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayon sakini Amanxan Nəcəfovun (1938-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Aia.az xəbər verir ki, ötən il iyulun 25-də rayonun Avaran kəndində yaşayan Amanxan Nəcəfov ailə münaqişəsi zəminində gəlini Sevinc Məmmədovaya (1977-ci il təv.) ov tüfəngindən atəş açaraq, onu qətlə yetirib. Həmin gün hadisəni törədən şəxs RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ona məxsus “IJ-16” markalı odlu silah maddi sübut olaraq götürülüb. Mərhumun yaxınlarının bildirdiyinə görə, münaqişələr mərhumla əri arasında bundan əvvəl tez-tez baş verib, S.Məmmədova 4 uşaq anası olub. Məhkəmə prosesində A.Nəcəfov ittiham üzrə özünü təqsirli hesab edib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi-rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Geri dön |