Mobil versiya
ETSN şirkəti 20 min manat cərimələdi
Tarix: 09-07-2019 | Saat: 14:40
Bölmə:Gündəm | çapa göndər

ETSN şirkəti 20 min manat cərimələdi


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeçiliyində olan “Bakı 6 №-li Yol İstismarı” MMC-ni 20 min manat cərimələyib.

Trend-in məlumatına görə, qurum İnzibati Xətalar Məcəlləsinin 237.2-ci (Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə) maddəsilə təqsirli bilinib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər üçün 20 min manatdan 25 min manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Sabunçu Rayon Məhkəməsi bu barədə qərar çıxarıb.

“Bakı 6 №-li Yol İstismarı” MMC isə qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024