Mobil versiya
İcra başçısı 250 minlik xidməti maşın alması xəbərindən DANIŞDI
Tarix: 1-07-2019, 12:04 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

İcra başçısı 250 minlik xidməti maşın alması xəbərindən


Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aqil Məmmədov tender yolu ilə "Mercedes Benz S 350” xidməti avtomobilin alınmasından danışıb.

aia.az-ın məlumatına görə, Aqil Məmmədov unikal.org-a açıqlamasında bildirib ki, dövlət tərəfindən icra hakimiyyətinə 55 min manat xidməti avtomobilin alınması üçün pul ayrılıb:

"2 ildir ki, müavinimin xidməti avtomobili yoxdur. Dövlət bücəsindən xidməti avtomobilin alınması üçün 55 min manat pul ayırldı. Təklif etdim ki, sözügedən məbləğə 2010-cu ilin buraxılışı olan "Mercedes Benz S 350” avtomobili alınsın. İcra hakimiyyəti bunun üçün tender komissiyasına müraciət etdi və tender elan olundu”.

Aqil Məmmədov vurğulayıb ki, artıq sözügedən xidməti avtomobil dəyəri büdcələrinə uyğun olmadığı üçün təxirə salınıb:

"Tenderdə hələlik sözügedən avtomobillər təklif olunmayıb. Təklif olunan avtomobillərin qiyməti çox bahadır. Ona görə, "Mercedes Benz S 350” avtomobilin alınmasını təxirə saldıq”.

Moderator.az-ın qeydi:

Heç bir mərkəzi və yerli icra hakimiyyəti orqanı Prezident Administrasiyasının razılığı, Nazirlər Kabinetinin göstərişi və Maliyyə Nazirliyinin izni olmadan nəinki yeni və ya köhnə avtomobil, heç velosiped də ala bilməz. Sosial şəbəkələrdə və mediada buna görə "stəkanda fırtına qoparanlar" bu həqiqəti ya bilmirlər, ya da bilərəkdən cığallıq edirlər.


aia.az




575 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-10-2019
22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031