Mobil versiya
Rövnəq Abdullayev Ukrayna Milli İnvestisiya Şurasının üzvü seçildi
Tarix: 24-06-2019, 18:01 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Rövnəq Abdullayev Ukrayna Milli İnvestisiya Şurasının üzvü seçildi


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Ukrayna Milli İnvestisiya Şurasının üzvü seçilib.

Ukrayna Prezidenti Vladimir Zelenski bununla bağlı müvafiq fərman imzalayıb.

Şuraya Ukrayna Prezidentinin özü rəhbərlik edəcək. "Xalqın xidmətçisi” partiyasından deputatlığa namizəd, beynəlxalq "Template Monster” IT şirkətinin həmtəsisçisi David Araxamiya Şuranın katibi təyin edilib.
İnvestisiya Şurasına Prezident Administrasiyası rəhbərinin müavinləri Aleksey Qonçaruk və Vadim Pristayko, prezidentin köməkçisi Andrey Yermak və müşaviri Oleq Ustenko daxil olublar.

Razılıq əsasında Şuraya Ukrayna və xarici təşkilatların, işgüzar dairələrin nümayəndələri, sərmayələrin cəlb edilməsi, sahibkarlığın inkişafı məsələləri üzrə ekspertlər, iqtisadiyyat və maliyyə sahəsində mütəxəssislər daxildirlər.

Məsələn, Şuraya "Sumitomo Согр” şirkətlər qrupunun Baş direktoru Kuniharu Nakamura və "Marubeni Corporation” Direktorlar Şurasının sədri Fumiya Kokubu (hər ikisi Yaponiya), "Posco Daewoo Corporation”ın Baş direktoru Kim Yanq-Sanq (Koreya), "DP World” şirkətlər qrupunun Baş direktoru Sultan Əhməd bin Sulayem (BƏƏ), "Turkcell İletişim Hizmetleri A.Ş.”-nin İdarə Heyətinin sədri Əhməd Akça (Türkiyə) və SOCAR-ın prezidenti Rövnəq Abdullayev daxil olublar.



562 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
16-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031