Komitə sədri: Prezidentin sərəncamları əhalinin sosial yaşayışını yaxşılaşdırmaq istiqamətində tarixi addımlardır
Tarix: 21-06-2019 | Saat: 12:41
Bölmə:Gündəm | çapa göndər
Son vaxtlar Azərbaycanda sosial-iqtisadi islahatların dərinləşməsi ilə əlaqədar olaraq çox mühüm tədbirlər həyata keçirilir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə komitənin bu gün keçirilən iclasında deyib.
Z.Səmədzadə vurğulayıb ki, ölkənin iqtisadi həyatında keyfiyyət dəyişiklikləri etmək üçün dövlət başçısı çoxsaylı sərəncamlar imzalayıb: “Bunlar əhalinin sosial yaşayışını yaxşılaşdırmaq istiqamətində tarixi addımlardır. Əminəm ki, islahatlar xalq tərəfindən çox yüksək səviyyədə qarşılanıb”.
İclasda iştirak edən digər deputatlar da Prezident tərəfindən imzalanan növbəti sosial paketi yüksək qiymətləndirib və bunun əhalinin sosial rifahının yüksəldilməsinə mühüm təsir göstərəcəyini qeyd ediblər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-01-2025