Mobil versiya
Deputat ailə dəyərləri ilə bağlı çağırış etdi
Tarix: 7-06-2019, 17:21 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Deputat ailə dəyərləri ilə bağlı çağırış etdi


“Azərbaycanın əsrlərdən gələn gözəl ailə dəyərləri var. Ölkəmizdə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində daim iş aparılır. Azərbaycan xalqı möhkəm ailə təməlini həmişə yüksək qiymətləndirir. Dünyəvi əsaslara uyğun həyat sürən, amma bununla belə Şərq mentallığı ənənələrinə və dəyərlərinə qayğı ilə yanaşan Azərbaycan cəmiyyəti üçün ailə, sosiumda qadının rolu, uşaqların tərbiyəsi məsələləri xüsusilə həssas sahədir”.



Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova deyib.

Deputat bildirib ki, cəmiyyətimiz hər zaman yüksək ailə dəyərlərimizi qorumalıdır:



“Bunun üçün müvafiq qurumlar tərəfindən maarifləndirmə işləri də aparılır və bu proses mütəmadi olaraq davam edir. Amma hesab edirəm ki, biz bu işlərin miqyasını daha da genişləndirməliyik. Televiziyalarda, mətbuatda ailə dəyərləri ilə bağlı məsələlər daha qabarıq şəkildə verilməlidir”.

Deputat qeyd edib ki, ölkəmizdə ailə institutunun formalaşması üçün yaradılan qanunvericilik bazası, aparılan profilaktik maarifləndirmə işlərinə baxmayaraq, təəssüflər olsun ki, bu sahədə hələ də problemlər mövcuddur:



“Belə ki erkən nikahlar, nikahdankənar evlilik sosial problem kimi bu gün aktual məsələyə çevrilib. Hazırda cəmiyyətimizi narahat edən ciddi problemdən biri də boşanma hallarıdır. Bu gün bəzi hallarda əxlaqa, tərbiyəyə, milli adət-ənənələrimizə zidd halların baş verməsi təəssüf doğurur. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2019-cu ilin ilk üç ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 13 191 nikah və 3972 boşanma halları qeydə alınıb. Hesab edirəm ki, bu çox böyük rəqəmdir, həm də təhlükə siqnalıdır. Əvvəllər deyirdik ki, ailələrdə boşanma hallarının əsas səbəbi sonsuzluqdur. Ancaq təəssüflər olsun ki, indi uşaqlı ailələrdə də boşanma halları var. Son vaxtlar ailə dağılmasında ev, mülk, maşın daha çox üstünlük təşkil edir. Bu hal milli dəyərlərimizə ziddir. Ailələrdə uşaq dünyaya gəlir, o uşağı düzgün tərbiyə etmək lazımdır. Ancaq ev, mülk, maşın önə keçir, sevgi, səmimiyyət ailələrdən uzaqlaşır".

D.Cəbrayılovanın sözlərinə görə, araşdırmalar göstərir ki, boşanmaların müxtəlif səbəbləri var:



"Tərəflərin bir-birini yaxşı tanımaması, məcburi evlilik, erkən nikahlar, məişət zorakılığı, ailə qurmazdan əvvəl düşünməmək, kənar müdaxilələr, qayınananın və qayınatanın ailənin işlərinə qarışması, maddiyatın əsas götürülməsi münaqişələrə gətirir və axırda da boşanmaya səbəb olur. Düşünürəm ki, ailə dəyərləri ilə bağlı orta məktəb dərsliklərində müxtəlif mövzular yer almalıdır. Qeyri-Hökumət Təşkilatları və müxtəlif qurumlar tərəfindən orta məktəblərdə təbliğat və maarifləndirici tədbirlər keçirilməlidir. Həmçinin bölgələrimizdə, məktəblərdə, universitetlərdə ailə dəyərləri gənclərimizə aşılanmalıdır. Gənclərimizə yüksək ailə dəyərləri təbliğ olunmalıdır".


aia.az



5169 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-11-2019
20-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930