Mobil versiya
Ombudsmanın təşəbbüsü ilə Çilov adasında maarifləndirmə tədbiri həyata keçirilib
Tarix: 04-06-2019 | Saat: 16:09
Bölmə:Gündəm | çapa göndər

Ombudsmanın təşəbbüsü ilə Çilov adasında maarifləndirmə tədbiri həyata keçirilib


İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il 18 may-18 iyun tarixləri ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan edilir.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, aylıq çərçivəsində paytaxtda və regionlarda müvafiq qurumlar tərəfindən əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda dəyirmi masa, seminar, konfrans və maarifləndirmə tədbirləri təşkil edilir.

Hüquqi maarifləndirmə məqsədi daşıyan növbəti tədbir Pirallahı rayonu İcra hakimiyyətinin dəstəyi ilə Çilov adasında yerləşən Azərbaycanın Milli Qəhrəmanı R.İbrahimov adına 131 saylı tam orta məktəbdə həyata keçirilib.

Tədbirdə Ombudsman Apartının əməkdaşları Faiq Ağayev, İlahə Əfqanlı, Dilşad İsmayılova, Pirallahı rayon icra hakimiyyətinin nümayəndəsi Hikmət Şikarov, məktəbin direktoru Rafail Musayev, şagirdlər və müəllimlər iştirak edib.

Aparatın şöbə müdiri F.Ağayev bu günlərdə qeyd etdiyimiz 28 may Respublika günü və 1 iyun Uşaqların beynəlxalq Müdafiəsi günü, eləcə də qarşıdan gələn Ramazan bayramı münasibətilə Müvəkkilin adından məktəb kollektivini təbrik edib və xoş arzularını bildirib.

Ombudsmanın öz səlahiyyətləri çərçivəsində uşaq hüquqları sahəsində müstəqil monitorinq mexanizmi kimi fəaliyyət göstərdiyi, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi və müdafiəsi, pozulmuş hüquqların bərpasının Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etdiyi diqqətə çatdırılıb.

Daha sonra Aparatın əməkdaşları tərəfindən Uşaq hüquqları üzrə pilləli tədris proqramına müvafiq olaraq qruplarda şagirdlərlə interaktiv formada təlim keçirilib, onlara uşaq hüquqlarının yaranma tarixi, beynəlxalq və milli qanunvericilik, uşaq hüquqlarını müdafiə edən qurumlar barədə geniş məlumat verilib, Uşaq Hüquqları Konvensiyasında təsbit olunan maddələr ətrafında müzakirələr aparılıb və şagirdlərin sualları cavablandırılıb.

Təlimlərdə Ombudsman təsisatı tərəfindən “Uşaq Hüquqları Konvensiyası” adlı kitabça və “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” adlı dərs vəsaitindən, digər hüquqi nəşrlərdən və plakatlardan istifadə edilib və məktəb kitabxanasına da vəsaitlər hədiyyə edilib.

Təlimin sonunda fəal iştirak edən şagirdlər Ombudsmanın və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin imzaları ilə Sertifikatla, prosesdə yaxından iştirak edən direktor və müəllimlər təşəkkürnamə ilə təltif edilib.

Çilov adasında belə tədbirin ilk dəfə həyata keçirildiyi üçün Hikmət Şikarov və məktəbin direktoru Müvəkkilə təşəkkürünü bildirib, bu cür tədbirlərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb və hüquqi maarifləndirmə tədbirlərinin davamlı olmasını arzu ediblər.

Səfər çərçivəsində Aparatın əməkdaşları SOCAR-ın Azneft İstehsalat Birliyinin “28 May” NQÇİ-nin uşaq baxçasına gedərək, orada uşaqların qidalanması, asudə vaxtlarının təşkili və təlim prosesi ilə tanış olub, yaradılmış şəraitin uşaqların inkişafına xidmət etdiyi müşahidə edilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024