Mobil versiya
“QHT rəhbərlərinin əsaslandırılmış təklifləri nəzərə alınacaq” - Azay Quliyev
Tarix: 04-06-2019 | Saat: 11:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

“QHT rəhbərlərinin əsaslandırılmış təklifləri nəzərə alınacaq”


Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib.


Tədbirdə Milli Məclisin deputatları və QHT ekspertləri iştirak edib. Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev Şura ilə Milli Məclis arasında 2014-cü ildə imzalanan Memoranduma uyğun olaraq, “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsinin ictimai müzakirəsinin təşkil olunduğunu bildirib.


Milli Məclisin komitə sədri Əli Hüseynli qanun layihəsi barədə ətraflı məlumat verib.


Tədbirdə çıxış edən QHT ekspertləri qanun layihəsi ilə bağlı fikirlərini bildirib, həmçinin rəy və təkliflərini səsləndiriblər. Tədbirdə qaldırılan məsələlərə Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyid aydınlıq gətirib. Müzakirələrin davam etdirilməsi ilə bağlı tədbirdə ümumi razılıq əldə olunub.



Modern.az xəbər verir ki, Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev sözügedən müzakirə ilə bağlı Twitter səhifəsində fikirlərini bölüşüb:

“Bu gün “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsinin ilk ictimai müzakirəsini keçirdik. QHT rəhbərlərinin səsləndirdiyi əsaslandırılmış təklif və rəylər sonrakı mərhələdə nəzərə alınacaq”.




aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024