Mobil versiya
Pərviz Həşimli Baş Prokurora müraciət etdi
Tarix: 31-05-2019 | Saat: 09:30
Bölmə:Gündəm | çapa göndər

Pərviz Həşimli Baş Prokurora müraciət etdi


“Gununsesi” xəbər portalının rəhbəri, keçmiş vicdan məhbusu Pərviz Həşimli Baş Prokuror Zakir Qaralova müraciət edib.



Baş redaktorun bu müraciətinə səbəb isə məlum Gəncə olayları zamanı saytda gedən yazılara görə portalın ölkə daxilində bloklanması və özünün ölkədən çıxışına qoyulan qadağadır.

Pərviz Həşimlinin Zakir Qaralova müraciətini təqdim edirik:

Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Zakir Qaralova!



Hörmətli Baş Prokuror!



Sizə dəfələrlə ətraflı ərizə və şikayətlər yazdığımdan üzləşdiyim ədalətsizliklə bağlı vəziyyəti bir daha qısa da olsa nəzərinizə çatdırmaq qərarına gəldim.

Qeyd edim ki, Sizin Mayın 24-də Gəncə şəhərində vətəndaşların qəbulu zamanı əvvəlcədən elan olunan əlaqə vasitələrinə qeydiyyat olunmağıma baxmayaraq, məlum görüşə buraxılmadım.



Odur ki, Sİzə media vasitəsi ilə müraciət edərək, pozulmuş hüquqlarımın bərpasını xahiş edirəm.



Bildirim ki, ötən ilin məlum Gəncə olayları zamanı rəhbəri olduğum Gununsesi.info xəbər saytı KİV haqqında qanunun tələblərinə uyğun olaraq, ölkədə böyük rezonansa səbəb olan bu hadisə haqqında xəbərlər yayıb.

Həmin xəbərlərdə əsas yük rəsmi dövlət orqanlarının rəsmi məlumatlarından ibarət olsa da heç bir xəbərdarlıq edilmədən saytımız ölkə daxilində bloklandı. Saytın rəhbəri olaraq, Bakı Şəhər Prokurorluğunda CM-nin 313-cü maddəsi ilə açılmış iş üzrə şahid qismində dindirildim. Nə qədər qəribə də olsa mənim qarşıma qoyulan yazıların 90 faizi Baş Prokurorluğun və digər döblət orqanlarının rəsmi məlumatlarından ibarət olub.



Bu dönəm ərzində heç bir məhkəmə qərarı olamdan ölkədən çıxışıma məhdudiyyət qoyulub. Halbu ki, qanunvercilik bunu birmənalı qadağan etsə də 1 ilə yaxındır ki, şahid qismində dindirilən şəxs olaraq, ölkədən çıxa bilmirəm.

Bundan başqa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini sorğumuza cavab olaraq, Gununsesi.info saytının ölkə daxilində bloklanması üçün hər hansı tədbir görülmədiyinə dair rəsmi məktub yazıb.



Eyni məzmunlu məktubu ölkədə internet yayımının mənbəy olan “Delta Telekom”dan da almışıq.

Odur ki, yaranmış bu situasiyada hüquqlarımın bərpa olunmasına, ölkədən çıxışıma qoyulan məhdudiyyətin aradan qaldı.

Ümid edirəm ki, Meydan TV əməkdaşları ilə bağlı son günlər verilən müsbət qərar mənə də münasibətdə qəbul olunacaq.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024