Axı bu məmləkət bizimdir!
Tarix: 17-01-2016 | Saat: 16:50
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər
Son dövrdə ana dilimizlə bağlı narahatlıq var. İctimai obyektlər, özəl müəssələr, mağaza, kafe, restoran, firma, kosmetika, geyim və ticarət mərkəzləri dilimizə yabancı olan söz və ifadələrlə adlandırılır. Vəziyyət o yerə çatıb ki, AMEA-da bu məsələ ilə bağlı monitorinq şöbəsi yaradılıb. Bakı şəhərində məsələ dəfələrlə araşdırılıb. Sumqayıt şəhərindəki durumla da maraqlandım. Şəhərin 45-ci məhəlləsindəki bank təşkilatının üstündə “City Finance” adı qeyd olunmuşdu. Həmin ərazidə mağazalardan biri “Yvec Rocher France”, gözəllik salonunu üzərinə isə “Grace Gözəllik Salonu” yazılmışdı. Müşahidələrimi Sumqayıtın mərkəzi küçələrindən sayılan Sülh küçəsində davam etməyə başladım. Burda da eyni mənzərə idi. Obyeklər üzərində adların əksəriyyəti əcnəbi dildə idi. Cavid ticarət mərkəzi “Cavid Mall” adlanır. Şəhərin məhşur geyim mağazalarına “Poppy Gallery”, “Boys Shies”, Ustop”, “Elegant” kimi yerlər mövcud idi. Sonra “Karvan ticarət mərkəzi” tərəfə üz tutdum. Özümü yad kimi hiss elədim. Zəngin, hər cür imkanları olan ana dilimizi qoyub burda da ingilis dilinə üstünlük vermişdilər. Şəhəri gəzdikcə mağaza və vitrinlər üzərində əcnəbi sözlərə rast gəlirdim. Şadlıq evlərində də vəziyyət eyni idi: “Green House”, “Golden Plaza”, və s.
Dil imkanlarımız nə qədər geniş və zəngindir. Belə olduğu halda niyə əcnəbi dillərə müraciət edirik?! Niyə belə obyektlərin üstünü öz gözəl dilimizdə olan sözlərlə bəzəməyək? Dilimizi sevməyi özümüzü sevməkdən başlayaq. Əgər həmin əcnəbi adlara üz tutan kəslərə müraciət edib desəm ki doğulmuş körpələrinizə də əcnəbi adlar qoyun, dərhal şəxsi mənafe önə gələr. Yəqin ki mənə hiddət və qəzəblə baxarlar. Bu şəhər də bizə doğma olduğu halda onu niyə yad tuturuq? Axı dilimiz haqqında dövlətimizin də qərarı var: “Zəruri hallarda reklam və alanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, Digər dillər də Istifadə ola bilər, Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.”
Şirxanlı Rövşən
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024