Mobil versiya
"Sosial müavinət və təqaüdlər 100 faiz artırılıb" - Nazir
Tarix: 14-05-2019 | Saat: 11:27
Bölmə:Manşet / Ölkə | çapa göndər

"Sosial müavinət və təqaüdlər 100 faiz artırılıb" -


”Azərbaycanda 10 min nəfərə elektron qaydada pensiya təyin olunub".

Bakupost-un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu ilin ötən dövründə minimum pensiya və minimum əmək haqqı 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb.

S. Babayevin sözlərinə görə, cari ilin ötən dövründə reallaşdırılan uğurlu sosial paket 3 milyon insanın rifahına ciddi təsir göstərib.

O qeyd edib ki, pensiya sisteminin yeni inkişaf konsepsiyası hazırlanıb, şəhid ailələri və müharibə əlillərinin mənzillə, minik avtomobili ilə təminatı proqramı genişlənib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024