Mobil versiya
Mübariz Mənsimov daha 100 azərbaycanlı tələbəyə təqüad verəcək
Tarix: 06-04-2019 | Saat: 16:04
Bölmə:Manşet / Ölkə | çapa göndər

Mübariz Mənsimov daha 100 azərbaycanlı tələbəyə təqüad verəcək


Mübariz Mənsimovun sahibi olduğu "Palmali” Şirkətlər Qrupu Türkiyədə təhsil alan daha 100 azərbaycanlı tələbəyə təqaüd vermək qərarına gəlib.

Bu barədə məlumat "Palmali” Şirkətlər Qrupu tərəfindən verilib.

Məlumata görə, "Palmali”nin növbəti təqaüd proqramına cəlb olunacaq tələbə seçimində yenə əsasən 3 kateqoriyaya aid tələbələrə üstünlük veriləcək:

– Şəhid ailələri
– Qazi ailələri
– Məcburi köçkün ailələri

Qeyd olunur ki, "Palmali”nin yeni təqaüd proqramı üzrə sənədlərin qəbulu 2019-cu il 1-31 may aralığında həyata keçiriləcək.

Proqrama qatılmaq istəyən tələbələrin zəruri sənədləri tam siyahı və bir faylda təqdim etmələri xahiş olunur.

Bildirilir ki, sənədlərin araşdırılmasından sonra seçiləcək 100 tələbəyə təqaüdlərin verilməsinə növbəti tədris ilindən başlanılacaq.

Proqrama qatılmaq istəyən tələbələr ətraflı məlumatı www.palmaliegitim.com saytından əldə edə bilərlər.

Xatırladaq ki, "Palmali” Şirkətlər Qrupu indiyə qədər 20 mindən artıq tələbəyə təqaüd verərək, onların maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yardım göstərib. (Yenicag.az)


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024