Ağdaş rayonunda meliorativ tədbirlər effektiv şəkildə həyata keçirilir
Tarix: 05-04-2019 | Saat: 11:55
Bölmə:Manşet / Ölkə / Seçilənlər-2 | çapa göndər
Məlumdur ki, aqrar sahədə uğur qazanmağın əsas tələblərindən biri də torpaqların suvarma işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi, meliorativ vəziyyətinin yaxşılaşdırılması ilə bağlıdır. Məhz suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırırO cümlədən, redaksiyamıza təqdim olunan məlumatlara görə, İlham Əliyevin rəhbərlik etdiyi Ağdaş rayon Pirəzə Mexaniki Suvarma İdarəsi də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün bütün mövcud imkanlardan səmərəli istifadə edir.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ölkənin su ehtiyatlarının idarə olunmasını yüksək peşəkarllıqla həyata keçirir
Meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq istiqamətində üzərinə düşən vəzifələri səmərəli şəkildə həyata keçirmək üçün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tərkibində bir çox tabe qurumlar, struktur bölmələri və digər təsisatlar yaradılmışdır. Bunlardan Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Suvarma sistemləri idarələri, Kollektorların istismar idarələri, Meşə meliorasiya idarələri, Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Meliorasiya idarələri, Mexaniki suvarma idarələri, Qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələri, Subartezian quyularının istismarı idarələri, Melioservis idarələri və bir çox digər ixtisaslaşmış idarələr bilavasitə yerlərdə suvarılan torpaqların su ilə təminatı funksiyalarını həyata keçirirlər. O cümlədən ASC-nin tərkibində fəaliyyət göstərən 13 hidroqovşağ, su anbarları və kanallarının istismar idarələri də kifayət qədər böyük həcmdə işlər həyata keçirməklə əkin torpaqlarının suvarma suyu ilə təminatı məsələsinin həllində əhəmiyyətli mövqeyləri tuturlar. Həmçinin magistral kanalların istismarı idarələri su qəbuledicilər vasitəsi ilə su mənbələrindən qəbul edilən suları ayrı-ayrı rayonlara xidmət edən paylayıcı kanallara verilməsini həyata keçirir, kanal və onun üzərindəki əlaqələndirici, nizamlayıcı və su tullayıcı qurğuların təmir və bərpası ilə məşğul olurlar. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tərkibində effektiv fəaliyyətilə seçilən idarələrdən biri də Ağdaş rayonunda yerləşən Pirəzə Mexaniki Suvarma İdarəsidır.
Kənd təsərrüfatının inkişafında yüksək templər təmin edilir
İlk növbədə qeyd etmək lazımdır ki, bir çox digər bölgələrimiz kimi, Ağdaş rayonunda da iqtisadiyyatın əsas sahəsi kənd təsərrüfatıdır. Eyni zamanda da rayon hazırda nəinki bölgədə, hətta respublikada aqrar sahədə seçilən rayonlardan birinəçevrilməkdədir. Ağdaş rayonunun kənd təsərrüfatının əsasını taxılçılıq, pambıqçılıq, heyvandarlıq və baramaçılıq təşkil edir. Aydındır ki, bu sahələrin üzrə stabil yüksək göstəricilərə nail olmaq üçün vaxtında və effektiv şəkildə yerinə yetirilməsi tələb olunan əsas işlərdən biri də torpaqların suvarma suları ilə təmin olunmasıdır. Bu funksiyalar isə birbaşa olaraq suvarma sistemləri idarəsinin fəaliyyət dairəsinə aid olan vəzifələrdir. Bu baxımdan redaksiyamıza təqdim olunan açıqlamalarda vurğulanır ki, İlham Əliyevin rəhbərlik etdiyi Pirəzə Mexaniki Suvarma İdarəsi də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. Rayon sakinlərinin, xüsusilə də əhalinin əkinçiliklə məşğul olan hissəsinin ümumi rəyinə görə idarənin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Bunun nəticəsidir ki, Ağdaşda keçən il taxıl əkini sahəsi 2017-ci ilə nisbətən 2231 hektar artıb. Əkin sahələrindən 9 min 333 ton buğda, 24 min 594 ton arpa istehsal olunub. Həmçinin ötən il 598 hektardan 2093 ton çəltik, 82 hektardan 262,9 ton lobya, 222 hektardan 2418,7 ton kartof yığılıb. Heyvandarlıq sahəsində də bir sıra nailiyyətlər qazanılıb.
Mexaniki Suvarma İdarəsinin göstərdiyi xidmətlər yüksək səviyyədədir
Pirəzə MSİ ümumilikdə 9650 hektar sahənin suvarılmasına xidmət edir. Xidmət ərazilərində 1641 hektar pambıq, 2020 hektar taxıl 79 hektar çəltik, 2066 hektar köhnə yonca, 555 hektar təzə yonca, 627 hektar həyətyanı sahə, 420 hektar bostan tərəvəz, 457 hektar örüş- biçənək, 1785 hektar təbii meşə ərazilərində mexaniki üsulla və Türyançay kanalından öz axımı ilə suvarma işləri aparılır. Türyançayda suyun yay vaxtlarında azlığını nəzərə alaraq mexaniki üsula üstünlük verilir. Pirəzə MSİ-nin nəzarətçiləri tərəfindən sahələrdə həyata keçirilən suvarma işlərinə mütəmadi nəzarət edilir. Suvarma suyunun təminatında yaranan hər hansı problem barədə idarədə yaradılmış növbətçilərə məlumat verilir və həmin problem operativ şəkildə həll olunur. Pambıq və çəltik ölkəmiz üçün strateji əhəmiyyət kəsb etdiyi üçün hər iki bitkinin əkin sahələrinin suvarma suyu ilə təchizatına xüsusi nəzarət olunur. Yeri gəlmişkən, əkin sahələrinin keyfiyyətli və səmərəli suvarılması üçün 16 elektrik nasos stansiyası, 25 müxtəlif tipli dizel nasos stansiyaları fasiləsiz olaraq işləyirlər. Pirəzə MSİ bu işləri vaxtında çatdırmaq üçün bütün gücü ilə ilə səfərbər olunaraq gücləndirilmiş iş rejimində işləyir. Həmçinin idarə suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. Beləliklə də Pirəzə MSİ rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərir.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024