Mobil versiya
Boşanmış müğənnilərin ekspertlik etməyi - TV-lərdəki BİABIRÇILIQ
Tarix: 29-03-2019 | Saat: 16:39
Bölmə:Aia TV | çapa göndər

Boşanmış müğənnilərin ekspertlik etməyi - TV-lərdəki BİABIRÇILIQ




Şou-biznes nümayəndələrinin yalnız həyata keçirdikləri işlər deyil, həmçinin şəxsi həyatları da cəmiyyətin maraq dairəsindədir. Araşdırsaq, demək olar müğənnilərin əksəriyyətinin ailələrin dağıldığının, onlar arasında boşanma hallarının yüksək olduğunu görərik. Ümumiyyətlə, ən maraqlısı budur ki, belə müğənnilərin əksəriyyəti ailə-məişət problemlərinə həsr olunmuş televiziya verlişlərində qonaq qismində çıxış edərək, problem yaşayan ailələrə məsləhət verib, yol göstərirlər. Belə olan halda tamaşaçını bir sual düşündürür: “Düzgün ailə modelini təsvir edən bu müğənnilər özləri niyə erkən boşanır?”.

Ümumiyyətlə müğənnilər arasında erkən boşanmaya səbəb nədir?

Bu barədə Modern.az-a sosioloq Cavid İmamoğlu danışıb:


“Hazırda Azərbaycanda mədəniyyət aləmi dedikdə, ilk olaraq ağıla müğənnilər gəlir və ya əksinə, müğənnilər mədəniyyətin göstəricisidir. Şou-biznes aləminin əksəriyyət üzvünün hazırki həyat tərzi mental dəyərlərimizə, ailə modelinə ziddir. Belə ki, hansısa gecə klubunda tərəflərdən birinin səhərədək ifa etməsi, vaxt keçirməsi heç şübhəsiz ki, qarşı tərəfdə narazılıq yaradır. Buna görə ailə qurmazdan əvvəl yaxşı olardı ki, cütlüklər bu kimi məsələr ətrafında danışıb razılığa gəlsinlər ki, sonradan problem yaranmasın. Karyera ya da ailə həyatını seçmək məcburiyyətində qalmasınlar”.


Boşanmış müğənnilərin ekspert qismində ailə-məişət mövzulu verlişlərdə çıxış etməsi əksər hallarda tamaşaçılarda narazılıq yaradır. Bu barədə psixoloq Gülər Məmmədova bildirib ki, hər bir ailə seçdiyi fərdi üsluba uyğun yaşayır.

“Ola bilsin ki, bu tip verlişlərdə qonaq qismində nəinki boşanmış müğənilər, hətta ailə qurmamış şəxslər belə ekspert qismində çıxış etsin. Əsas məsələ həmin ekspertin yaşadıqlarını bir kənara qoyub, düzgün məsləhət verməsidir. Tamaşaçılar arasında ajiotaj yaratmamaq üçün isə yaxşı olardı ki, dəvət olunan ekspertlər üçün xüsusi kriteriyalar qoyulsun. Belə ki, ekspertlər cəmiyyətdə nümunəvi, xalqın örnək götürə biləcəyi insanlar olmalıdır”.


Şou-biznesdən yazan jurnalist Cəvahir Nehru isə vurğulayıb ki, ölkəmizdə son dövrlər statistikasına əsasən, boşanmalar çox artıb. “Sadəcə müğənnilər üzdə olduqları üçün daha çox gözə çarpır”.


Əzizə Zeynal


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə