Mobil versiya
Kəmaləddin Heydərov “Diqlas”dakı yanğının günahkarlarını açıqladı: “Onlara demişdik…”
Tarix: 28-03-2019 | Saat: 17:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Kəmaləddin Heydərov “Diqlas”dakı yanğının günahkarlarını açıqladı: “Onlara demişdik…”


""Diqlas” Ticarət Mərkəzindəki yanğının mənbəyi yaxınlıqda yerləşən və qanunsuz inşa olunan dönərxanadır”.



BakuPost-un xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə söyləyib.



K.Heydərov deyib ki, Daxili İşlər Nazirliyinin müşahidə kameralarında əks olunan görüntülərdən bu ortaya çıxıb.



Nazir onu da əlavə edib ki, ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarına indiyə qədər əməl olunmayıb: "Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildən etibarən "Diqlas” ticarət mərkəzi və Nizami rayon İcra Hakimiyyətinə müvafiq müraciətlər edilib. Ticarət mərkəzində yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tədbirləri görülməyib, bu məqsədlə tələb edilən hidrantlar qoyulmayıb. Malların anbarlarda düzgün yerləşdirilməməsi və binanın alkoponla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub".

aia/az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024