Mobil versiya
Ağstafada DTX-nın 100 illiyi qeyd olundu - FOTOLAR
Tarix: 28-03-2019 | Saat: 18:21
Bölmə:Manşet / Ölkə | çapa göndər

Ağstafada DTX-nın 100 illiyi qeyd olundu - FOTOLAR


Ağstafada Dövlət Təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə, ulu öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinə həsr olunan tədbir keçirilib.



aia.az xəbər verir ki, tədbirdə rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Dövlət Təhlükəsizlik Xidməti Ağstafa rayon şöbəsinin kollektivi, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.


Tədbiri giriş sözü ilə açan İcra başçısı çıxış edərək hər bir ölkənin inkişafında təhlükəsizliyin və sabitliyin mühüm rol oynadığını vurğulayıb. Qeyd edilib ki, sabitliyin və təhlükəsizliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizənin düzgün və ciddi şəkildə aparılması Azərbaycanın inkişafına mühüm töhfə verən amillərdir. Bu gün Dövlət Təhlükəsizliyi Xidməti milli maraqlarımızın və təhlükəsizliyin etibarlı təminatı istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyəti ilə tarixinin şərəfli səhifələrini yazır, Vətənin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna xidmətlər göstərir. İcra başçısı yubiley münasibətilə təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini, Ulu Öndərin şərəfli məktəbinin davamçılarını təbrik edib, onlara müqəddəs işlərində uğurlar arzulayıb.

DTX-nin Ağstafa rayon şöbəsinin kollektivi tərəfindən bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin qayğısı ilə daim təkmilləşən Dövlət Təhlükəsizliyi Xidməti hazırda inkişafının yeni mərhələsinə qədəm qoyub. Müstəqilliyini əzmlə möhkəmləndirən, demokratik prinsiplərə əsaslanan sivil, hüquqi dövlət quruculuğu yolunda dönməzliyini sübuta yetirən Azərbaycan Respublikası bu gün dövlətçilik ənənələrini daha da inkişaf etdirərək etibarlı gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradıb. Bu sahədə üzərinə mühüm vəzifələr düşən DTX Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində mühüm işlər görür..
Tədbirin sonunda rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Dövlət Təhlükəsizlik Xidməti Ağstafa rayon şöbəsinin bir sıra əməkdaşını müvafiq “Fəxri Fərman”larla təltif etdi.

aia.az












Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024