Əbülfəs Qarayev YUNESKO-nun iclasında çıxış etdi
Tarix: 27-03-2019 | Saat: 18:02
Bölmə:Siyasət | çapa göndər
Cari ilin 27 mart tarixində Parisdə YUNESKO baş qərargahında YUNESKO-nun İdarəetmə orqanlarının rəhbərlərinin iclası keçirilib.
Modern.az xəbər verir ki, iclasda təşkilatın Baş Konfransının prezidenti Zahour Alaoui çıxış edərək iclasın əsas məqsədinin YUNESKO-nun konvensiyalarının müvafiq idarəetmə orqanlarının işçi metodlarının, prosedurların və idarəetmə vəziyyətlərinə dair işçi qruplarının müvafiq tövsiyə və təkliflərinin müzakirə edilməsindən ibarət olduğunu bildirib.
Daha sonra Fiziki təhsil və idman, İdmanda anti-dopinq, Kommunikasiyanın inkişafı üzrə beynəlxalq proqram, İnformasiya hamı üçün beynəlxalq şurası, Hərbi münaqişə zamanı mədəni mülkiyyətin qorunması, Qeyri-maddi mədəni irsin qorunması, Mədəni özünüifadə müxtəlifliyinin qorunması, Təhsilin planlaşdırılması və digər sahələrə cavabdeh olan komitə və proqramların rəhbərləri çıxış etdilər.
Nazir Əbülfəs Qarayev isə Ümumdünya mədəni və təbii irsin Qorunması üzrə 1972-ci il konvensiyasının icrasına cavabdeh olan Dünya İrs Komitəsinin sədri kimi çıxış edərək əsas təkliflərin və tövsiyələrin 1972-ci il konvensiyasının idarə orqanlarının prosedur qaydaları, strukturu, tərkibi və mandatının səmərəliyinin artırılması ilə bağlı olduğunu qeyd etdi. Sonra müzakirələr ayrı-ayrı konvensiyalar üzrə üzv ölkələrin sualları üzrə davam etdirildi.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024