Dəhşətli yanğınla bağlı CİNAYƏT İŞİ AÇILDI
Tarix: 27-03-2019 | Saat: 12:09
Bölmə:Manşet / Parlament | çapa göndər
"Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı cinayət işi başlanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, faktla bağlı nazirliyin əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, martın 26-da paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas” ticarət mərkəzində güclü yanğın olub. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, yanğın zamanı ümumilikdə 11 nəfər xəsarət alıb. Xəsarət alanlardan 8 nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, 2 nəfər mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub. (ONA)
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025