Mobil versiya
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
Tarix: 29-10-2026 | Saat: 07:11
Bölmə:Şou-biznes | çapa göndər

Firəngiz Mütəllimova ailə qurmamasının

Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib.

aia.az xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:

"Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Səni axtarıram" teletamaşasında canlandırdığım "Gülnar"ı sevir, məni yox. İnsanlardan uzaqlaşdım, bir az inamım azaldı. Qohumlarımdan da uzaqlaşdım. Dedim ki, bunlar hamısı "Gülnar"ı sevir.

O vaxt bəlkə də, teatrda yeşiklərlə məktublar alırdım. Həmin dövrdə mobil telefon yox idi. Məktublar, əlində güllə dayanıb gözləyənlər var idi. Amma peşman deyiləm, o mənim alın yazım idi. Taleyim, qismətim idi". (Axşam.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə