Ana Sayfa > Manşet / Parlament > Dəhşətli yanğınla bağlı CİNAYƏT İŞİ AÇILDI
Dəhşətli yanğınla bağlı CİNAYƏT İŞİ AÇILDI27-03-2019, 12:09. Yazar: sevinc1 |
"Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı cinayət işi başlanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, faktla bağlı nazirliyin əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. Qeyd edək ki, martın 26-da paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas” ticarət mərkəzində güclü yanğın olub. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, yanğın zamanı ümumilikdə 11 nəfər xəsarət alıb. Xəsarət alanlardan 8 nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, 2 nəfər mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub. (ONA) aia.az Geri dön |