Mobil versiya
I sinfə sənəd qəbulu sistemi bayram günlərində işləməyəcək
Tarix: 19-03-2019 | Saat: 11:19
Bölmə:Karusel / Təhsil | çapa göndər

I sinfə sənəd qəbulu sistemi bayram günlərində işləməyəcək


I sinfə elektron sənəd qəbulu sistemi Novruz bayramı tətilləri ərzində fəaliyyət göstərməyəcək.

BakuPost-un məlumatına görə, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov məlumat verib.

Onun sözlərinə görə, sistem martın 19-u saat 15:00-dan 27 mart saat 10:00-dək fəaliyyət göstərməyəcək.

Xatırladaq ki, martın 13-dən 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib.

2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Bununla bağlı həmin uşaqların valideynlərinə bildirişlər göndərilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024