Binəqədi sakinlərinin onkoloji müayinəsi keçirilib - FOTOLAR
Tarix: 01-03-2019 | Saat: 17:24
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər
Binəqədi rayonunun M.Ə. Rəsulzadə qəsəbəsində sakinlərin onkoloji müayinəsi keçirilib.
aia.az xəbər verir ki, bü gün Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş, 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə Milli Məclisin üzvü Kamaləddin Qafarovun təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin peşəkar həkimləri tərəfindən Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki Ə.Məlikov adına 6 saylı Mərkəzi Xəstəxanada əhalinin onkoloji müayinəsinə başlanılıb.
Aksiyaya Milli Onkologiya Mərkəzinin 10-dan çox peşəkar həkimi və ən müasir və yüksək standartlara cavab verən səyyar diqnostika kompleksi cəlb olunmuşdur. Həkim briqadalarları və diaqnostika kompleksi vasitəsilə əhalinin bir neçə istiqamətdə - baş-boyun, mammoloji və ultrasəs (USM) üzrə müayinələri həyata keçirilir. Martın 1-də səhər saat 09:00-da başlayan aksiya axşam saatlarına qədər davam edəcək və müraciət edən bütün vətəndaşlar aksiyadan yararlana biləcəklər. Ə.Məlikov adına 6 saylı Mərkəzi Xəstəxanası tərəfindən əhalinin qeydiyyatının aparılması üçün xüsusi otaq ayrılıb və aksiya iştirakçılarının qeydiyyatına xəstəxananın tibbi heyətindən əməkdaşlar cəlb olunub. Aksiyada müraciət edən hər bir şəxsin dəqiq qeydiyyatı aparılır və onlar sağlamlıq problemlərinə uyğun olaraq müvafiq müayinə otaqlarına yönədilir. Müayinələr isə həm xəstəxananın müayinə otaqlarında, həm də xəstəxananın həyətində aksiya ilə bağlı yaradılmış səyyar həkim briqadaları və diqnostika kompleksi tərəfindən reallaşdırılır. Vətəndaşların müayinələrinin nəticələri rəsmi qaydada özlərinə təqdim olunur. Bu gün müayinə üçün aksiyaya 600 nəfərə yaxın sakin müraciət etmişdir. Əhalinin onkoloji müayinəsi üçün nəzərdə tutulan aksiya martın 2-də , şənbə günü də davam edəcəkdir.
Aksiyaya Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, M.Ə.Rəsulzadə bələdiyyəsi də təşkilati dəstək göstərir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024
10:34 Dünya Bakıda toplaşıb !
13-11-2024