Mobil versiya
Bu gecə "El-Klassiko" var
Tarix: 27-02-2019 | Saat: 13:59
Bölmə:İdman | çapa göndər

Bu gecə "El-Klassiko" var


Bu gecə İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Qol.az xəbər verir ki, final uğrunda mübarizədə ilk olaraq əzəli rəqiblər "Barselona" və "Real" komandaları qarşılaşacaq. Kataloniya klubunun heyətində müəyyən itkilər var. Müdafiəçilər Tomas Vermalen, Ceyson Murilyo, yarımmüdafiəçilər Serxi Samper və Kevin-Prins Boatenq zədə səbəbindən bu vacib görüşdə iştirak edə bilməyəcək.

Madrid klubunda isə ciddi zədəli yoxdur. "Real"ın daha bir üstünlüyü ilk görüşdə sərfəli nəticə qazanmasıdır. Barselonda qeydə alınan 1:1 hesabı "kral klubu"nun mərhələ adlamaq şansını artırır.

Qeyd edək ki, yarımfinalın digər cavab oyununda sabah "Valensiya" "Betis"i qəbul edəcək.


00:00."Real" - "Barselona"
İlk oyun - 1:1
Baş hakim: Xose Mariya Sançes Martines

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024