Mobil versiya
"Mançester Siti" öz meydanında "Arsenal"a qalib gəldi
Tarix: 04-02-2019 | Saat: 09:56
Bölmə:İdman | çapa göndər

"Mançester Siti" öz meydanında "Arsenal"a qalib gəldi


"Mançester Siti" komandası İngiltərə Çempionatının 25-ci turu çərçivəsində Londonun "Arsenal" klubunu qəbul edib.

Trend-in məlumatına görə, meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər.

"Etihad" stadionunda keçirilən oyunda hesabı birinci dəqiqədə Serxio Aquero açıb. 10 dəqiqə sonra oyunda hesab bərabərləşib: Loran Kosyelni fərqlənib.

Oyunun 44-cü və 61-ci dəqiqələrində "Siti"nin argentinalı hücumçusu qol vuraraq het-trikə imza atıb və komandasına qələbə qazandırıb.

Bu, 30 yaşlı argentinalının İngiltərə Premyer Liqasında 30-cu het-trikidir. Liqanın rekordu isə Alan Şirerə məxsusdur (11 het-trik).

"Mançester Siti" 59 xal toplayaraq turnir cədvəlində 2-ci pillədədir, "Arsenal" isə 47 xalla altıncıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə