Mobil versiya
Qəzetlər niyə fəaliyyətini dayandırır?
Tarix: 31-01-2019 | Saat: 17:05
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qəzetlər niyə fəaliyyətini dayandırır?


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzetlərin maliyyələşdirilməsinə dair tələbləri dəyişib.

BakuPost-un məlumatına görə, bundan sonra son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər KİV layihələrinin maliyyələşdirilməsi müsabiqəsində iştirak edə bilər.

İndiyə qədər isə son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 2500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 1000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər KİV layihələrinin maliyyələşdirilməsi müsabiqəsində iştirak edə bilərdi. Başqa sözlə, KİV DF qəzetlərə maliyyə ayrımaq üçün tələbləri iki dəfə yüksəldib.

Məhz bu tələblərə cavab verməsi real sayılmayan 20-ə qədər qəzetin bu gün elan edilən KİV layihələrinin maliyyələşdirilməsi müsabiqəsində iştirak edəcəyi real sayılmır.

Qeyd edək ki, bu gün mətbuatda 20-ə qədər qəzetin bağlanılmasına dair xəbər yayılıb. Həmin qəzetlərin aşağıdakılar olduğu bildirilir: "Şərq”, "Ədalət”, "Unikal”, Palitra”, "Paralel”, "Azad Azərbaycan”, "Həftəiçi”, "Bizim Yol”, "Olaylar”, "Üç Nöqtə”, "Oxu Məni”, "Hürriyyət”, "Reytinq”, "Hərbi And”, "Türküstan”, "İqtisadiyyat” və "Mövqe”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə