Ana Sayfa > Karusel / Gündəm > Qəzetlər niyə fəaliyyətini dayandırır?
Qəzetlər niyə fəaliyyətini dayandırır?31-01-2019, 17:05. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzetlərin maliyyələşdirilməsinə dair tələbləri dəyişib. BakuPost-un məlumatına görə, bundan sonra son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər KİV layihələrinin maliyyələşdirilməsi müsabiqəsində iştirak edə bilər. İndiyə qədər isə son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 2500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 1000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər KİV layihələrinin maliyyələşdirilməsi müsabiqəsində iştirak edə bilərdi. Başqa sözlə, KİV DF qəzetlərə maliyyə ayrımaq üçün tələbləri iki dəfə yüksəldib. Məhz bu tələblərə cavab verməsi real sayılmayan 20-ə qədər qəzetin bu gün elan edilən KİV layihələrinin maliyyələşdirilməsi müsabiqəsində iştirak edəcəyi real sayılmır. Qeyd edək ki, bu gün mətbuatda 20-ə qədər qəzetin bağlanılmasına dair xəbər yayılıb. Həmin qəzetlərin aşağıdakılar olduğu bildirilir: "Şərq”, "Ədalət”, "Unikal”, Palitra”, "Paralel”, "Azad Azərbaycan”, "Həftəiçi”, "Bizim Yol”, "Olaylar”, "Üç Nöqtə”, "Oxu Məni”, "Hürriyyət”, "Reytinq”, "Hərbi And”, "Türküstan”, "İqtisadiyyat” və "Mövqe”. aia.az Geri dön |