Mobil versiya
Bakıdakı cüdo yarışları ilə bağlı maraqlı təşəbbüs - İdmançılara "cırtdan" hədiyyə ediləcək
Tarix: 22-01-2019 | Saat: 16:50
Bölmə:İdman | çapa göndər

Bakıdakı cüdo yarışları ilə bağlı maraqlı təşəbbüs - İdmançılara "cırtdan" hədiyyə ediləcək



Bakıda baş tutacaq beynəlxalq yarışın qaliblərinə Azərbaycan xalq nağılının qəhrəmanı olan Cırtdanın kimanoda olan kuklası hədiyyə ediləcək.

Azərbaycan Milli Paralimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, əlil arabası istifadəçisi Bahar Şıxıyeva belə bir təşəbbüslə çıxış edib. O, öz əl işi olan kimanolu Cırtdan kuklasını Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin rəhbərliyinə təqdim edib. B.Şıxıyeva cüdo yarışlarında qalib gələn hər bir idmançı üçün kimanolu cırtdan oyuncağını hazırlaya biləcəyini söyləyib.

ARMPK təşəbbüsü bəyənərək həmin hədiyyələrin B.Şıxıyeva tərəfindən qaliblərə şəxsən təqdim olunması barədə qərar qəbul edib. Komitənin dəstəyi ilə B.Şıxıyeva 70 ədəd həmin hədiyyədən hazırlayacaq.

Xatırladaq ki, bu ilin 11-13 may tarixlərində Bakıda para cüdo üzrə beynəlxalq Qran-pri yarışı keçiriləcək. Tokio 2020 paralimpiya oyunlarına lisenziya xalı qazandıran bu cür yarış şəhərimizdə ilk dəfədir ki, keçirilir. Yarışda 43 ölkədən 250 idmançı iştirak edəcək.

aia



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə