Mobil versiya
“Almeyda və Enrikenin “Qarabağ”a dönmələri üçün danışıq aparmırıq” - Qurban Qurbanov
Tarix: 21-12-2018 | Saat: 11:04
Bölmə:Manşet / İdman | çapa göndər

“Almeyda və Enrikenin “Qarabağ”a dönmələri üçün danışıq aparmırıq” - Qurban Qurbanov


"İlk matçda olduğu kimi cavab görüşü də çətin oldu. Kubok çempiontdan fərqlənir. Bir rəqibi keçib yarımfinala düşmək komandaları stimullaşdırır".

Adalet.az "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 finalında "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri cavab oyunundan sonra deyib.

46 yaşlı mütəxəssis bildirib ki, "Keşlə" mərhələ keçə bilməsə də, yaxşı təsir bağışlayıb:

"Tərlan Əhmədov yaxşı komanda qurub. Onlara uğurlar arzulayıram. İstirahətə gedirik. Yanvarın 6-da Antalyada bir araya gələcəyik".

Baş məşqçi qışda komandanı tərk edəcək futbolçuların Antalya toplanışında dəqiqləşəcəyini vurğulayıb:

"Gedəcək futbolçular barədə məlumat verə bilməyəcəyəm. Sadəcə olaraq, bəzi oyunçular daha çox oyun vaxtı almaq istəyir. Ola bilər ki, kimsə yaxınlaşıb, getmək istədiyini deyə. Bu məsələlərə Antalyada baxacağıq".

O, hazırda Qazaxıstanın "Astana" klubunun formasını geyinən Riçard Almeyda və Pedro Enrikenin "Qarabağ"a dönmələri üçün danışıq aparmadıqlarını deyib:

"Riçarda qapımız həmişə açıqdır. Bunu özünə də demişik. Ona braziliyalı kimi yox, azərbaycanlı kimi baxırıq. Çünki artıq pasport da verilib".

Q.Qurbanov matç başa çatandan sonra baş hakim İnqilab Məmmədovla aralarındakı dialoqa da toxunub:

"Ona böyük hörmətim var, son illər çox sürətlə inkişaf etdi. Söhbət zamanı çox sayda sarı vərəqə göstərməsinə etiraz etdim. Xüsusən də Yakub Jezniçaka göstərilən hər iki vərəqə düz deyildi".

46 yaşlı mütəxəssis 2018-ci ili özü və komandası üçün düşərli saydığını deyib:

"Ölkə çempionu olduq, ardıcıl 5-ci dəfə avrokubokda qrup mərhələsinə vəsiqə qazandıq. Çətinliklərimiz də oldu. Digər nüanslara görə də siz daha yaxşı qiymət verə bilərsiniz".

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları gələn il aprelin 23-də, cavab matçları mayın 1-də olacaq. Qarabağ" "Qəbələ", "Zirə" isə "Sumqayıt"la qarşılaşacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə