Mobil versiya
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN FUTZAL KOMANDASI ALİ MƏKTƏBLƏR ARASINDA KEÇİRİLƏN ÇEMPİONATIN QALİBİ OLUB
Tarix: 07-12-2018 | Saat: 14:56
Bölmə:İdman | çapa göndər

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN FUTZAL KOMANDASI ALİ MƏKTƏBLƏR ARASINDA KEÇİRİLƏN ÇEMPİONATIN QALİBİ OLUB


Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının təşəbbüsü və təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında futzal üzrə respublika çempionatı keçirilib.

Gəncə Dövlət Universitetinin İdman klubunun rəhbəri Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinə bildirib ki, universitetin komandası da bu çempionatda iştirak edib.

Baş məşqçi Tural Əliyevin rəhbərliyi ilə çempionata qatılan komanda ilk mərhələdə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Komanda yarımfinalda Memarlıq ve İnşaat Universitetinin futzal komandasını məğlub edərək finala yüksəlib. Finalda isə Pedaqoji Universitetin futzalçıları üzrərində üstünlüyünü təmin edən komanda ali məktəblər arasında respublika çempionu olub.

Qeyd edək ki, Gəncə Dövlət Universitetinin futzal komandası Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının təşəbbüsü və təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında keçirilən yarışlarda 2015-ci ildə 3-cü yeri, 2017-ci ildə isə 2-ci yeri tutub.

aia.az







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024