Sədr yumurta qıtlığından DANIŞDI: “Toyuğa deyə bilmərik ki, günə 3 dənə yumurtla”
Tarix: 16-10-2018 | Saat: 13:55
Bölmə:Ölkə | çapa göndər
Sosial şəbəkə istifadəçiləri Bakıda yumurta qıtlığının olduğunu və 1 yumurtanın qiymətin 20-30 qəpiyədək bahalaşdığını bildirirlər.
Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Modern.az-a deyib ki, payız ayları olduğundan yumurtaya tələbat artıb:
“Heç bir bahalaşma və qıtlıqdan söhbət gedə bilməz. Sadəcə tələbat artıb. Məsələ burasındadır ki, istədiyin vaxt yumurtanı çoxalda bilmirsən. Həm də nəzərə almaq lazımdır ki, bir quş il yarım yumurtlaya bilir. Hazırda müqavilələr bağlanıb, əvvəlki qaydada istehsal gedir. Elə yer var ki, orada istehsal birə beş, birə on dəfə artıb. Toyuğa da deyə bilmirsən ki, bir gündə 2 dənə yox, 3 dənə yumurtla. Yavaş-yavaş istehsal artır. Fərələr də yumurta verməyə başlayıb”.
A.Vəliyevin sözlərinə görə, Azərbaycanda illik yumurta istehsalı 1 milyard ədəddir:
“Amma həyətlərdə də toyuq-cücə saxlayanlar çoxdur. Onların da yumurtasın saysaq, rəqəm artacaq. Amma bunu dəqiq demək olmur. Bu il Azərbaycanda tələbat az olduğundan yumurtanın çox hissəsi Əfqanıstan, İraq, Qətərə ixrac edildi. Amma indi daxili tələbat artdığından xaricə yumurta ixracını dayandırmışıq.
Birdən-birə tələbat artıb, bizim də əlimizdə deyil ki, yumurtanı ştamplayıb çoxaldaq. Axı bunu toyuq yumurtlayır. Bir neçə günə vəziyyət tam stabilləşəcək”.
Bahalaşmaya gəlincə, sədr deyib ki, bunu edənlər möhtəkirlərdir:
“Möhtəkirlər yaranmış vəziyyətdən istifadə edirlər”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər