Seçicilər ən layiqli namizədləri dəstəkləyəcək -Fotolar
Tarix: 09-01-2025 | Saat: 17:20
Bölmə:Ölkə | çapa göndər
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gədəbəy rayonu, Qoşabulaq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, bələdiyyələr yerli özünüidarəetmə orqanları olaraq, cəmiyyətin inkişafında və vətəndaşların rifahının artırılmasında əhəmiyyətli rol oynayır. O, elə bu səbəbdən seçiciləri layiqli namizədlərə səs verməyə səsləyib. Təşkilatın sədri yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını da qeyd edib.
Görüşdə çıxış edən seçki qərargahının üzvləri Pərviz Bayramov, Rovşən Qasimov və Qoşabulaq bələdiyyəsi üzvlüyünə namizədlər Rasim Ələkbərov, Elman Alıyev, Kamil Musayev, Ədalət İsmayılov, Qəmət Məsimov və Emil Məmmədov bələdiyyələrlə bağlı fikirlərini seçicilərlə bölüşüblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, bələdiyyələr müstəqil fəaliyyət göstərir və onlara yerli səviyyədə idarəetmə, sosial və iqtisadi inkişaf məsələlərində qərar vermək səlahiyyəti verilir.
Onlar görüş zamanı seçiciləri 29 yanvar tarixində keçiriləcək bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Qeyd edək ki, YAP-ın namizədləri fərdi görüşlər də keçiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025