Komitə sədri Hicran Hüseynova Şəhidin barelyefini ziyarət edib
Tarix: 09-01-2025 | Saat: 15:38
Bölmə:Özəl | çapa göndər
Bu gün Azərbaycan Ordusunun mayoru, şəhid Elşad Paşa oğlu Həsənovun Sumqayıt şəhər, 1-ci mikrorayonda yerləşən yaşadığı binanın önündə ona həsr edilmiş barelyefi ziyarət etdik.
Elşad Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən başlayan Vətən müharibəsində iştirak edərək, Murovdağ istiqamətində düşmənə qarşı döyüşmüşdür. 2 oktyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş, bir müddət sonra nəşi tapılaraq II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Elşad Həsənovun ölümündən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamlarına əsasən, o, “Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Onun göstərdiyi qəhrəmanlıq və fədakarlıq, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin ən yüksək nümunəsidir.
Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir, onların rifahını təmin etmək üçün mühüm addımlar atırlar. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial siyasət nəticəsində şəhid ailələrinin ehtiyacları qarşılanır, onların mənəvi və maddi dəstəklənməsi davamlı şəkildə təmin olunur.
Şəhidimizin atası Paşa qardaşımız dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirdi.
Paşa Həsənovun bir sıra müraciətlərinə diqqət yetirərək hər zaman onların yanında olduğumuzu bildirdik. Ailəsinə bir daha səbr diləyir və Vətən uğrunda canını fəda edən Elşad Həsənovun xatirəsini dərin hörmətlə anırıq.
Milli Məclisin Komitə sədri,
professor Hicran Hüseynova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025