Mobil versiya
Deputat ölkəyə saxta idmançılar gətirdiyi haqda iddialara cavab verdi: “Yaşmaqlı kişilər”
Tarix: 11-10-2018 | Saat: 13:52
Bölmə:İdman | çapa göndər

Deputat ölkəyə saxta idmançılar gətirdiyi haqda iddialara cavab verdi: “Yaşmaqlı kişilər”



Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev barəsində səsləndirilən iddialara cavab verib.



Qeyd edək ki, ötən gün mətbuatda Fərəc Quliyevin fəxri prezidenti olduğu “Bozqurd Fight Club” idman klubu haqqında məlumatlar yayılmışdı.



Yazıda qeyd olunurdu ki, Fərəc Quliyev xaricdənsaxta idmançıları kluba cəlb edir.



Partiyadan Modern.az-a daxil olan bəyanatda isə bildirilib ki, bir çox uğurlara imza atmış tanınmış idmançıların çəmləşdiyi bu klub Türkün azadlıq rəmzi olan BOZQURD fəlsəfəsinə söykənərək gənclərin sağlam və vətənpərvər ruhda yetişməsi, türk millətinə məxsus döyüş sənətinin sistemləşdirilməsi və yayılması istiqamətində işlər aparır.



“Eyni zamnda beynəlxalq yarışlarda və yüksək səviyyəli turnirlərdə yaxşı nəticələr əldə etmiş, lakin diqqət və qayğıdan kənarda qalmış istedadlı və bacarıqlı idmançı gənlərin perspektiv əldə edə bilməsinə çalışır. Klub Şəhid övladlarına və Qarabağ müharibəsi veteranlarının övladlarına xüsusi dəstək verir, Türk xalqlarını birliyə çağıran idman tədbirləri təşkil edir.

Klubun bu prinsiplərə uyğun fəaliyyətindən rahatsız olanlar öz mövqelərini açıq ifadə edə bilmədikləri üçün, saxta xəbərlər hazırlayıb, saxta saytlarda yerləşdirməklə qarayaxmaya əl atıblar. Yaşmaqlı “kişilər” Fərəc Quliyevin fəxri prezidenti olduğu “Bozqurd Fight Club” idman klubunun “ölkəyə saxta çempionlar gətirməsi” ilə bağlı heç bir əsas olmadan xəbər yayıblar”-deyə bildirilib.



Qeyd olunub ki, ötən il Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Free Fighting” qaydasız döyüş növü üzrə dünya kubokundan “Bozqurd Fight Club” idman klubunun 5 medal qazanması ilə bağlı yayılmış xəbərin yalan olduğunu iddia edən yaşmaqlı “kişilər” ümumiyyətlə belə bir yarışın olmadığı barədə məlumat əldə etdiklərini yazıblar.



“İdmandan anlayışı olmayan bu qəhrəman araşdırmaçılar dünya kuboku ilə dünya çempionatını səhv saldıqlarından şər-böhtan üçün əllərinə fürsət düşdüyünə seviniblər. Onların əldə etdiyi məlumata görə ötən il Tbilisi şəhərində “Free Fighting” qaydasız döyüş növü üzrə dünya çempionatı olmayıb. Lakin, münasibət öyrəndikləri “Azərbaycan Free Fighting” Federasiyasının və eyni adlı idman klibunun prezidenti Sahib Yunusov verilmiş sualı cavablandırarkən dünya çempionatı yox, dünya kuboku keçirildiyini və “Bozqurd Fight Club”-un həmin kubokdan 5 medalla vətənə döndüyünü bildirib.



Sahib Yunusov da əsassız məlumat yaydığı üçün təkzib verməyi tələb edib. Bir daha təsdiq edib ki, “Bozqurd Fight Club” ötən il Tbilisi şəhərində keçirilən “Free Fighting” qaydasız döyüş növü üzrə dünya kubokunda 5 medal qazanıb. Belə ki, yarışlarda klubun 4 idmançısı- Kərimov Rəşid, Əliyev Yusif, Qafarzadə Hüseyin, İsmayılov Azad qızıl medal qazanaraq dünya çempionu adına layiq görülüb, Əliyev Murad isə gümüş medalla ikinciliyi qazanıb.



“Biz də Milli Dirçəliş Hərəkatı Partiyası olaraq xəbəri yayan saytdan yaydığı əsassız xəbərə görə təkzib verməyi tələb etməklə yanaşı bildiririk ki, təkcə idman sahəsində deyil bütün istiqamətlərdəki fəaliyyətimizdə biz milli birlik və türkçülük mövqeyi sərgiləyirik və davamlı olaraq irili-xırdalı layihələr həyata keçiririk. MDHP yeganə partiyadır ki, tərkibində Türk Dünyası Departamenti fəaliyyət göstərir. Türk dünyasının birliyi və türkçülük MDHP-nin əsas ideologi hədəflərindən biridir.

Nə qədər təziqlərin və qarayaxmaların olmasına baxmayaraq, bu istiqamətdəki fəaliyyətimiz uğurla davam etdirməkdəyik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024