Mobil versiya
Deputat: Dağlıq Qarabağ problemi ilə bağlı mitinq keçirmək heç nəyi həll etmir
Tarix: 29-09-2018 | Saat: 16:29
Bölmə:Siyasət | çapa göndər

Deputat: Dağlıq Qarabağ problemi ilə bağlı mitinq keçirmək heç nəyi həll etmir



Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan dövləti qarşısında duran proritet məsələdir və dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə qətiyyətli siyasət aparılır. aia.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, Azərbaycan dövləti bu istiqamətdə hər zaman qəti mövqe nümayiş etdirir və münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü, beynəlxalq hüquq prinsipləri çərçivəsində həlli ilə bağlı mövqeyindən geri çəkilmir:

"Cənab Prezident İlham Əliyev bütün çıxışlarında, eyni zamanda beynəlxalq tribunalardan bu qətiyyətli mövqeyi səsləndirir və Azərbaycanın bu istiqamətdə heç bir güzəştə getməyəcəyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Eyni zamanda, danışıqlarla yanaşı, Azərbaycan ordu quruculuğuna böyük diqqət yetirir və bu gün Azərbaycanın müasir hərbi texnikalarla təchiz olunmuş güclü ordusu var”.

Deputat vurğulayıb ki, Azərbaycan dövlətinin Dağlıq Qarabağla mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur və bütün dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir:

"Bu baxımdan hesab edirəm ki, Azərbaycanda ictimai təşkilatların bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mitinq keçirməsi münaqişənin həllinə deyil, əksinə, həm yerli, həm də beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa xidmət edir. Azərbaycan dövləti bu istiqamətdə qətiyyətli siyasət yürütdüyü halda ictimai təşkilatların bu cür mitinqlər təşkil etməsinə lüzum yoxdur. Təbii ki, Azərbaycan azad və demokratik dövlətdir, hər kəs azad şəkildə öz fikrini bildirə bilər, lakin bu cür mitinqlər heç nəyi həll etmir və təbii ki, Azərbaycan dövlətinin mövqeyini əks etdirmir”.

Qeyd edək ki, bu gün bir qrup ictimai-siyasi fəal tərəfindən Qarabağla bağlı mitinq keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyəti mitinqin Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") keçirilməsinə razılıq verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024