Mobil versiya
Qurbanov ən çox qələbə qazanmış baş məşqçi oldu
Tarix: 28-09-2018 | Saat: 15:13
Bölmə:İdman | çapa göndər

Qurbanov ən çox qələbə qazanmış baş məşqçi oldu


"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatları tarixinə düşüb.

aia.az PFL-ə istinadən məlumat verir ki, 46 yaşlı mütəxəssis 1992-ci ildən keçirilən yarışın 26 illik tarixində ən çox qələbə qazanan məşqçi ünvanına yiyələnib. Bu rekord Premyer Liqanın I turundan təxirə salınan "Zirə” ilə matçda rəsmiləşib. 3:2 hesablı qələbə Q.Qurbanovun çempionatlarda 205-ci uğuru olub. Klub karyerasında "Neftçi” və "Qarabağ”a rəhbərlik edən mütəxəssis məşqçi kimi 13-cü mövsümündə, 347-ci qarşılaşmada rekord vurub. Onun komandaları matçların təxminən 59 faizində qalib gəlib.

V turun "Qəbələ” ilə matçında əldə olunan 4:1 hesablı qalibiyyətlə rekorda şərik çıxan Q.Qurbanov təxirə salınan matç keçirildikdən sonra aktivində 204 qələbə olan Ağasəlim Mircavadovun rekordunu arxada qoyub. Sonuncu "Qarabağ”, "Bakı fəhləsi”, "Şəmkir”, "Neftçi”, "Xəzər Lənkəran”ı ümumilikdə 343 çempionat oyununa çıxarıb.

"205”ə çatan Q.Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 2006/07 mövsümündə debüt edib. Onun ilk qələbəsi "Neftçi”dəki debüt matçına təsadüf edib. 2006-cı il avqustun 6-da Q.Qurbanovun yetirmələri "Gənclərbirliyi”ni məğlubiyyətə uğradıb – 6:1.

Qeyd edək ki, ölkə çempionatlarının yeni rekordçusu "Zirə” ilə matçda yubiley də qeyd edib. Q.Qurbanov "Qarabağ”ı bütün turnirlərdə (çempionat, kubok, avrokubok) üst-üstə 450-ci oyuna çıxarıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024