Mobil versiya
UEFA icazə verdi - "Qarabağ" Bakı Olimpiya Stadionunda oynayacaq - YENİLƏNİB
Tarix: 08-09-2018 | Saat: 12:57
Bölmə:Manşet / İdman | çapa göndər

UEFA icazə verdi - "Qarabağ" Bakı Olimpiya Stadionunda oynayacaq - YENİLƏNİB


"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının yeri rəsmən dəyişdirilib.

Modern.az xəbər verir ki, UEFA Ağdam klubunun ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirməsi ilə bağlı müraciətini müsbət cavablandırıb.

Qeyd edək ki, UEFA bundan əvvəl "Qarabağ"ın ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəyini açıqlamışdı. Bundan sonra Ağdam klubu çoxsaylı istəkləri nəzərə alaraq, AFFA ilə birlikdə stadionun dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət etmişdi.

"Qarabağ" Avroliqada ilk ev görüşünü oktyabrın 4-ü "Arsenal"a qarşı keçirəcək.

Xatırladaq ki, Avropa Liqasının finalı da 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

***

"Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmək üçün UEFA-ya müraciət edib.

Modern.az xəbər verir ki, bu barədə Ağdam klubunun direktoru Əmrah Çəlikəl bildirib. O deyibki, çoxsaylı istəkləri nəzərə alaraq, AFFA ilə birlikdə stadionun dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət ediblər.

"Qarabağ” Avropa Liqasında ilk ev oyununu oktyabrın 4-də İngiltərənin “Arsenal” klubu ilə keçirəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024