Mobil versiya
Ulu Öndərin anım gününü unudan məmurlar
Tarix: 10-12-2015 | Saat: 12:50
Bölmə:Gündəm / Seçilənlər-6 / Manşet / Karusel | çapa göndər

Ulu Öndərin anım gününü unudan məmurlar
Tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha aydın görünür. Uca dağların zirvəsi uzaqdan əzəmətli göründüyü kimi, millətinin tarixində dərin iz qoymuş, onun keçmişini yaratmış və gələcəyini müəyyən etmiş insanların da işi və ideyaları zaman məsafəsindən daha uca görünür, daha aydın nəzərə çarpır. Belə şəxsiyyətlərin varlığı ilk növbədə onları yetirən millətin xoşbəxtliyidir və Ulu Tanrının həmin xalqa verdiyi ilahi bəxşişdir. Bu baxımdan Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir. 12 Dekabr – Ümummilli liderin anım günü ərəfəsində qəlbində Heydər Əliyev sevgisi, taleyində Heydər Əliyev izi olan hər bir vətəndaş ulu öndər barəsində xatirələrini bölüşmək üçün daha yüksək tribuna axtarır. Kütləvi informasiya vasitələrinin də bu mövzunu önə çıxarması, böyük rəhbərin şərəfli ömür yoluna bir daha işıq tutması, onun öz gücünü xalqına və vətəninə olan məhəbbətindən aldığını, özünün bütün istedad və qabiliyyətini səfərbər edərək bu yolda ən çətin maneələri dəf etdiyini yada salması başa düşüləndir. “Azərbaycan gəncliyi” qəzeti də bu məntiqlə tərəqqipərvər Azərbaycan vətəndaşlarına öz tribunasını təklif edir, cəmiyyətin ən müxtəlif zümrələrinin nümayəndələrinə təəssüratlarını, Ulu öndərlə bağlı xatirələrini bölüşməyi təklif edir.

Elə bu nöqteyi-nəzərdən də, “Azəbaycan Dəmir Yolları” QSC-nin “Dəmiryolservis” MMC-nin baş direktoru Əli Əşrəf Lütvəlibəyovla telefon əlaqəsi yaratmağa çalışdıq. Təxmin edirdik ki, ölkə iqtisadiyyatının “şah damarı” sayılan polad magistralı bugünkü inkişaf səviyyəsinə çatmasında Heydər Əliyevin rolunu dəyərləndirən qədirbilən dəmiryolçuların da deməyə ürək sözləri olmalıdır. Lakin telefonun dəstəyini qaldıran direktor müavini Sahib müəllim bunun əksini düşünürmüş demə. Hazırladığımız xüsusi buraxılış nəşrində MMC rəhbərliyinə kollektiv adından fikir bildirməsi üçün guşə ayırmaq istədiyimizi deyəndə, Sahib bəy gözləntimizin əksinə olaraq, bildirdi ki, QSC sədri, millət vəkili Cavid Qurbanov bizlərə belə təşəbbüsləri dəstəkləməyə icazə vermir. Sonra da sual verdi ki, heç olmasa, mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun bu məsələdən xəbəri varmı. Üstəlik əlavə elədi ki, Nadir Əzməmmədovun medianın belə təşəbbüslərini provakasiya hesab etdiyinin “yerinə çatıb”.

Düzü, Sahib bəydən eşitdiyimiz, bizim özümüzə də inandırıcı görünməyən bu cavabından sonra Nadir müəllimə zəng vurub məsələdən hali etdik. Nadir müəllim hal-qəziyəni öyrənəndən sonra birmənalı cavab verdi: “Heydər Əliyevin siyasi və dövlət xadimi kimi fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz

buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Qədirbilən Azərbaycan vətəndaşlarının Heydər Əliyevin ruhu qarşısında anım günündə ehtiram borclarını yerinə yetirmələri alqışa layiqdir. Direktor müavini bunun əksini düşünürsə, çox qələt eləyir”.

Sözlüyü, lüğəti açıb-arayıb öyrəndik ki, “qələt” sözünün mənası “səhv” deməkdir. Ona görə də Sahib bəyin də qələtinin altını cızan N.Əzməmmədovun sözlərini olduğu kimi dərc etdik.

Görünür, provakator biz KİV işçiləri yox, öz yuxarı rəhbərliyi barədə yanlış rəy formalaşdırmağa cəhd edən, ASC rəhbəri Cavid Qurbanovun, MMC direktoru Əli Əşrəf Lütvəlibəyovun siyasi orientasiyaları haqqında dezinformasiya yayan Sahib bəyin özüdür.

Mövzuya qayıdacağıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə