Mobil versiya
ABŞ mətbuatı Gülənə münasibətini dəyişdi
Tarix: 16-07-2018 | Saat: 09:38
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ mətbuatı Gülənə münasibətini dəyişdi




Türkiyədə iki il əvvəl hərbi çevrilişin başında duran və hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənə qarşı artıq ABŞ-da informasiya müharibəsinə start verilib.



Modern.az “Washington Post” nəşrinə istinadən xəbər verir ki, ABŞ-ın adı çəkilən nüfuzlu nəşrində FETÖ terror təşkilatı ilə əlaqədar tam səhifəlik bir xəbərdarlıq yazısı nəşr olunub.


Yazıda Türkiyədə iki il əvvəl baş vermiş hadisələrə nəzər yetirilib.



2016-cı ilin iyulun 15-də Türkiyədə FETÖ terror təşkilatının rəhbərliyi ilə hərbi çevrilişə cəhd zamanı 250-dən çox insanın şəhid olduğu və 2000-dən çox insanın yaralandığı diqqətə çatdırılıb.



FETÖ-nün rəhbəri Fətullah Gülənin hələ də məsuliyyətə cəlb olunmadığı vurğulanıb.


Yazıda həmçinin, Gülənin Türkiyəyə təhvil verilməsi üçün ABŞ vətəndaşlarından hökumətə təzyiq göstərmələri də istənilib.



Təşkilatın ABŞ-da apardığı işlər, açdıqları məktəblər və qanun pozuntuları barədə ABŞ vətəndaşları məlumatlandırılıb.


Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalq qarşısında çıxışı zamanı “Osminoqun qollarını kəsdik” ifadəsini işlədib. Bununla o, Fətullah Gülən təşkilatının Türkiyədə və digər ölkələrdəki üzvlərinin həbs edilərək, təşkilata ağır zərbələr vurlumasına işarə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024