Mobil versiya
İstanbulda çökən binada ölənlərin sayı 5-ə çatdı
Tarix: 09-10-2026 | Saat: 09:36
Bölmə:Karusel / Dünya | çapa göndər

İstanbulda çökən binada ölənlərin sayı 5-ə çatdı

İstanbulun Maltəpə şəhərində 7 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 5-ə çatıb, dağıntılar altında axtarış-xilasetmə əməliyyatları saat 06:15-də başa çatıb.

aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dağıntılar altından üçü uşaq olmaqla on nəfər sağ xilas edilib, yaxınlıqdakı üç bina ehtiyat tədbiri olaraq təxliyə edilib.

İstintaqın bir hissəsi olaraq, binanın memarı Həsən Balcı və tikinti sahəsinin rəhbəri Mövlud Okumuş nəzarətə alınıb, həmçinin, binanın dörd mərtəbəsinin qanunsuz tikildiyi müəyyən edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-10-2026