Mobil versiya
Yeni "Ailə Konsepsiyası" hazırlanır
Tarix: 09-10-2026 | Saat: 12:08
Bölmə:Ölkə | çapa göndər

Yeni "Ailə Konsepsiyası" hazırlanır

Bakıda keçirilən "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfransda "Ailə, təhsil və cəmiyyət: gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət" mövzusunda panel müzakirə keçirilib.

aia.az-ın məlumatına görə, paneldə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, hər insanın dəyərləri ailədə formalaşır.

Onun sözlərinə görə, daha sonra məktəb mərhələsi başlayır: "Biz bu gün ailə siyasətindən danışanda yeni model ortaya qoymalıyıq. Ailə strategiyası olan, potensialını ortaya qoyan, cəmiyyətə töhfə verən institut olmalıdır. Dəyərlərin sağlam tutulması üçün davamlı iş görülməlidir. Biz indiyə qədər dəyərlərimizlə bağlı 28 təhlil keçirmişik. Həmçinin yekunda "Təhlillərin təhlili" adlı sənəd hazırladıq və Nazirlər Kabinetinə təqdim etdik. Həmçinin "Ailə Konsepsiyası" adlı sənədi hazırlayıb, yekunlaşdırmaq üzrəyik".

İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov isə vurğulayıb ki, ailə cəmiyyətin təməlidir:

"Bizim əxlaqi dəyərlərlə bağlı ilk məlumat mənbəmiz ailədir. Uşaq dəyərləri canlı davranış modellərindən öyrənir. Klassik ailə ilə müasir ailəni müqayisə etdikdə fərq ortaya çıxır. Birincidə nənə, baba, və s. şəxslər olur. İndi isə nüvə ailə modeli var - ata, ana, uşaq. Demək ki, uşağın tərbiyəsində daha az adam iştirak edir. Həmçinin araşdırmalarımız var ki, çox mühafizəkar ailələrdən olduqca müasir uşaqlar çıxır".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev bildirib ki, rəqəmsal platformaların həm müsbət, həm də mənfi tərəfləri var:

"Rəqəmsal platformalar daha əlçatandır. İnsanların məlumat əldə etməsini asanlaşdırır. Amma həm də zərərli meyillərin yayılmasına da kömək edir".

O bildirib ki, gənc ailələr işlərini asanlaşdırmaq üçün uşaqlara telefon verirlər: "Amma bu belə olmalı deyil. Uşaqlarla ünsiyyət lazımdır".

Daha sonra panel müzakirə gənclər və idman nazirinin müavin İndira Hacıyevanın moderatorluğu ilə müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-10-2026