Mobil versiya
Ronaldo qarşıdakı saatlarda "Yuventus"a keçəcək - İlin transferi reallaşır
Tarix: 06-07-2018 | Saat: 10:31
Bölmə:Karusel / İdman | çapa göndər

Ronaldo qarşıdakı saatlarda "Yuventus"a keçəcək - İlin transferi reallaşır


“Yuventus” Kriştianu Ronaldonun transferini mümkün qədər tez rəsmiləşdirmək istəyir.

Qol.az-ın “SportMediaset”ə istinadən yaydığı xəbərə görə, bu gün klub rəhbərliyinin təcili toplantısı keçirilib. İclasda tətildən vaxtından tez qayıdan baş məşqçi Massimiliano Alleqri də iştirak edib.

Toplantıda Ronaldonun transferi əsas müzakirə mövzusu olub. İclas başa çatdıqdan sonra Turin klubunun baş direktoru Cuzeppe Marotta və idman direktoru Fabio Paratiçi təcili surətdə Madridə yollanıblar.

Qarşıdakı saatlarda 2 klub arasında razılıq əldə olunacağı gözlənilir. Şənbə günü “Yuventus”un Ronaldonun təqdimetmə mərasimini keçirəcəyi ehtimal edilir.

Qeyd edək ki, “Yuventus” Ronaldo üçün 100 milyon avro xərcləyəcək. Portuqaliyalı ulduzun yeni klubundakı illik maaşı isə 30 milyon avro təşkil edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024