Mobil versiya
Dünya Çempionatında daha 4 oyun keçiriləcək
Tarix: 27-06-2018 | Saat: 09:08
Bölmə:İdman | çapa göndər

Dünya Çempionatında daha 4 oyun keçiriləcək


Rusiyada təşkil olunmuş dünya çempionatında bu gün daha 4 oyun keçiriləcək.

aia.az-ın məlumatına görə, bu dəfə E və F qruplarında mübarizəyə yekun vurulacaq.

F qrupunun lideri Meksika İsveçlə qarşılaşacaq. İlk 2 turda qələbə qazanmasına baxmayaraq, Meksika hələ 1/8 finala vəsiqəni təmin etməyib. Skandinaviyalılarla matçda qazanılacaq 1 xal Meksikanı qrup lideri kimi növbəti mərhələyə daşıyacaq.

Mübarizəni davam etdirmək üçün İsveç də mütləq meydandan qələbə ilə ayrılmalı, eləcə də Almaniyanın qələbə qazanmamasına ümid etməlidir.

Cənubi Koreya ilə üz-üzə gələcək Almaniya mütləq qələbə qazanmalıdır. Almaniya kimi Asiya təmsilçisi də meydana 3 xal üçün çıxacaq. Ümumiyyətlə, bu qrupda vəziyyət elədir ki, hər 4 komanda 1/8 finala adlaya bilər. Almaniya, İsveç və Meksika 6 xal toplasa, komandaların top fərqi ilk 2 yerin sahibini müəyyənləşdirəcək. Meksika və Cənubi Koreya 3 xala sahib çıxsa, o zaman da asiyalılarla yanaşı, Almaniya və İsveç arasında qrup ikincisi topların fərqinə görə bəlli olacaq.


E qrupunda isə 3 komandanın 1/8 final şansı var. Əsas diqqətlər Serbiya - Braziliya matçına yönələcək. Burada qalib gələn tərəf pley-offa çıxacaq. Mərhələ adlamaq üçün Braziliyanı 1 xal da qane edir.

İsveçrə millisinin isə işi nisbətən daha asandır. Çünki Avropa təmsilçisi Kosta-Rika ilə görüşdə uduzmamaqla adını 1/8 finala yazdıracaq. Braziliya serblərə qalib gəlsə, o zaman İsveçrə məğlub olacağı təqdirdə belə, mundialdakı çıxışını davam etdirəcək.

Qeyd edək ki, bu ana qədər Uruqvay, Rusiya, İspaniya, Portuqaliya, Fransa, Danimarka, Xorvatiya, Argentina, eləcə də son turun nəticəsindən asılı olmayaraq İngiltərə və Belçika 1/8 finala vəsiqə qazanıb.


Dünya çempionatı

III tur

27 iyun

F qrupu
18:00. Cənubi Koreya - Almaniya
Baş hakim:Mark Geyger (ABŞ)
Kazan. "Kazan Arena”

18:00. Meksika - İsveç
Baş hakim:Nestor Pitana (Argentina)
Yekaterinburq. "Yekaterinburq Arena”

1.

Meksika

2

3

0

0

3:1

6

2.

Almaniya

2

1

0

1

2:2

3

3.

İsveç

2

1

0

1

2:2

3

4.

Cənubi Koreya

2

0

0

2

1:3

0


E qrupu

22:00. Serbiya - Braziliya
Baş hakim:Alireza Faqani (İran)
Moskva. "Spartak” stadionu

22:00. İsveçrə -Kosta-Rika
Başhakim:Klemen Turpin (Fransa)
Nijni Novqorod. Mərkəzi stadion

1.

Braziliya

2

1

1

0

3:1

4

2.

İsveçrə

2

1

1

0

3:2

4

3.

Serbiya

2

1

0

1

2:2

3

4.

Kosta-Rika

2

0

0

2

0:3

0




aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024