Mobil versiya
“O Messi kimdir ki, meydanda qaçmır?” – dünya çempionundan sərt açıqlama
Tarix: 23-06-2018 | Saat: 14:29
Bölmə:İdman | çapa göndər

“O Messi kimdir ki, meydanda qaçmır?” – dünya çempionundan sərt açıqlama


1986-cı ilin dünya çempionu, Argentina millisinin sabiq futbolçusu Ektor Enrike yığmanın hazırkı kapitanı Lionel Messinin DÇ-2018-dəki çıxışını sərt tənqid edib.

Qol.az-ın "Ole” nəşrinə istinadən yaydığı xəbərə görə, o bildirib:

"Birinci növbədə futbolçuların meydandakı davranışına baxmaq lazımdır. O Messi kimdir ki, meydanda qaçmır? Öz işinə məsuliyyətlə yanaşmaq, millinin formasını geyinməklə fəxr etmək lazımdır. Bu mənada, Maradona bizim üçün nümunə idi. O, bizə rahatlaşmağa imkan vermirdi. Hamıdan çox özü qaçır və mübarizə aparırdı. Onun ayaqlarından vururdular, amma ayağa durub yenə qaçırdı. Bunu görəndə əmin olurduq ki, bütün çətinliklərə birgə sinə gəlməliyik.

Amma indi nə baş verdiyini anlamıram. Oyunçular sanki korlanıblar. Əgər mən Messinin komanda yoldaşı olsaydım, ona deyərdim: "Artıq oyan və meydanda qaç!”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024