Mobil versiya
DÇ-2018: Çempiona 38 milyon dollar veriləcək
Tarix: 22-06-2018 | Saat: 10:23
Bölmə:Manşet / İdman | çapa göndər

DÇ-2018: Çempiona 38 milyon dollar veriləcək


FİFA Rusiyada keçirilən dünya çempionatında iştirak edən 32 milli komandaya ümumilikdə 400 milyon dollar mükafat verəcək.

aia.az xəbər verir ki, mükafatın 9.5 faizini - 38 milyon dollarını çempion komanda alacaq. İkinci yerin sahib olan milliyə isə ümumi mükafatın 7 faizi - 28 milyon dollar veriləcək. Çempionatda 3-cü yeri tutan komanda 24, 4-cü yerin sahibi isə 22 milyon dollar mükafata sahib olacaq.

5-8-ci yerləri tutan komandalara mükafatın 16 faizi, ümumilikdə 64 milyon dollar ödəniləcək. 9-16-cı yerləri tutan komandalara mükafatın 24 faizi, hər birinə 12 milyon dollar olmaqla, 96 milyon dollar ödəniləcək. 17-32-ci yerləri tutan komandalar isə mükafatın 32 faizi, hər komandaya 8 milyon dollar olmaqla, ümumilikdə 128 milyon dollar qazanacaq.

Qeyd edək ki, FİFA Rusiyada keçirilən dünya çempionatından 6,1 milyard dollar gəlir götürəcək. FİFA-nın ümumi xərcinin isə 3 milyard dollardan çox olduğu bildirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024