Xoşbəxt Yusifzadə: Burada bir təxribat görmürəm
Tarix: 06-12-2015 | Saat: 15:46
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər
“Heç kimdən kömək istəməyəcəyik”.
SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğında təxribat görmürəm
Bunu mətbuat konfransında SOCAR-ın vitse prezidenti Xöşbəxt Yusifzadə deyib.
X.Yusifzadə yanğının söndürülməsində hər hansı digər ölkədən kömək istənilməyəcəyini bildirib: “Heç kimdən kömək istəməyəcəyik. Bizim bu yanğını söndürməyə imkanımız çatır. İndi əsas vəzifəmiz itkin düşmüş insanların tapılmasıdır”.
Hadisənin təxribat olması ilə bağlı sosial şəbəkələrdə səslənən fikirlərə münasibət bildirən X.Yüsifzadə bu versiyanın həqiqətə uyğun olmadığını bildirib:
“Burada bir təxribat görmürəm. Təxribat olarsa, platformaya nəsə yerləşdirərdilər. Burada kəmər partlayıb. Dalğanın və küləyin gücü qaz kəmərini tərpədib və sındırıb. Hər şey ola bilər, ancaq mən təxribat versiyasına inanmıram”.
“Qaz kəməri güclü küləyə tab gətirməyib söndü. Qəfildən hər yer qaranlığa və alova qərq oldu. Olduqca dəhşətli mənzərədir. Amma bizim əməkdaşlarımız özünü itirmədi və təlimata uyğun hərəkət etdi. Bundan sonra hadisə yerinə xilasedicilər gəldi. Lakin güclü dalğa və alov imkan vermədi ki, xilasedicilər yaxınlaşa bilsinlər. Saat 23:00 radələrində bizim işçilərimiz lə dolu qayıqlardan biri dənizə düşdü. Hazırda da onların axtarışları davam edir. 29 nəfər itkin sayılır. Onların tapılması istiqamətində bütün tədbirlər davam edir. Əsas məqsədimiz onları tapmaqdır”, - deyə o bildirib.
X.Yusifzadə qeyd edib ki, qayıqda olanlardan 3 nəfəri batıb, 26 nəfər isə xilas olub: “İndi əsas vəzifə yanğını södürmək və itən insanları tapmaqdır. Yanğın baş verən platformada ümumilikdə 63 insan çalışırdı. Hazırda onlardan 29 nəfər itkin düşmüş sayılır. Hazırda Fövqəladə Hallar Nazirliyi ilə birdə axtarışlar davam edir”.
X.Yusifzadə bilidirb ki, hadisə ilə bağlı yaradılmış komissiya öz işinə başlayıb və davam etdirir: “Bu gün matəm günü elan olunub. İnsanın xöşbəxt günləri olanda, pis günləri də olur. Həyatda insandan qiymətli bir şey yoxdur. Əgər insan itirmisənsə, həyatda bundan pis gün yoxdur”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024