Mobil versiya
“Azərbaycanda 2005-ci ildən demək olar müxalifət yoxdur“
Tarix: 03-12-2015 | Saat: 11:56
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

“Azərbaycanda 2005-ci ildən demək olar müxalifət yoxdur“
Rəsul Quliyev: “Azərbaycanda vəziyyət fərqlidir”

"2012 və 2013-cü illərdə yenidən müxalifət yaratmağa cəhd edildi, onun əvəzində növbəti Milli Şura adlanan amorf, heç kimin məhəl qoymadığı, altında heç bir şey olmayan bir ad ortaya çıxdı”.

Bunu Modern.az saytına açıqlamasında Azərbaycan parlamentinin eks-spikeri, hazırda ABŞ-da mühacirətdə olan Rəsul Quliyev müxalifətin vəziyyətini şərh edərkən deyib. O bildirib ki, dəqiq elmlərdə işləyən qanunları dəyişmək mümkün olmadığı kimi, ictimai-siyasi proseslərdə müəyyən qanunauyğunluqlar çərçivəsində işləməlidirlər. Sabiq spiker qeyd edib ki, demokratiya üçün müxalifətin olması vacib şərtdir: “Bəzi ölkələrdə, məsələn, Qazaxıstanda liderlər müxalifət imitasiyası yarada bilər. Bəzilərində isə bu yoxdur. Biz əgər demokratiya, hüquq bərabərliyi yolunu seçiriksə, ölkədə normal müxalifətin olması əsas şərtdir.

Bu gün Rusiyanın Krım və Donbas vilayətini işğal etməsi, Türkiyəyə meydan oxuması, həm də ideologiyalı terrorizmin inkişafı problemləri qloballaşıb. Belə bir məqamda heç bir ölkənin kənarda seyrçi kimi dayanmaq şansı yoxdur. Belə bir vəziyyətdə respublikada ölkə maraqlarını meyar kimi qəbul edən güclü müxalifətin olması vacibdir.

Ümumiyyətlə, güclü müxalifətsiz inkişaf ola bilməz. Ölkədə hakimiyyətin apardığı siyasətə opponentlik edən güclü qurumların olması vacibdir. Xalqın müəyyən hissəsinin, azı 30 faizinin qulaq asdığı, qəbul etdiyi opponentin gücü olur. Çünki hakimiyyət onlarla razılaşmağa və siyasətində müəyyən korrektələr etməyə məcburdur. Lakin Azərbaycanda vəziyyət fərqlidir”.

Rəsul Quliyevin fikrincə, indiki müxalifət liderlərinin yerlərini daha cavan nəslə verməsi fikri mənasız bir ideyadır:

“Müsavat Partiyasında sədr yerini vermək prosesini gördük. Başqan (İsa Qəmbəri nəzərdə tutur – red.) yerini özündən bütün komponentlərlə qat-qat aşağıda durana verdi. Nəticədə “mən varam, partiya var, mən yoxam, partiya yoxdur” şüarının düz olduğu özünü göstərdi. Hadisələrin nə ilə nəticələndiyini bilirik”.

Rəsul Quliyev bütün müxalifət partiyaları liderlərinin istefa verməsinin əhəmiyyətli olduğunu vurğulayıb:

“Onlar yerlərini heç kimə vermədən, sadəcə istefa verib getməlidirlər. Hökumət iki il bundan qabaqkına nisbətən, indi normal müxalifətin yaranmasında daha maraqlıdır. Ona görə onların səhnəni tərk etməsi və yeni nəslin irəli keçməsinə kömək etməlidirlər. Məsələn, onlara pensiya kəsilməlidir. Əminəm ki, bu prosesləri tezləşdirər və yeni nəsil özü boşalan müxalifət meydanını tutar”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024