Mobil versiya
"Qarabağ"la oyunlardan sonra pis vəziyyətdə idik"
Tarix: 19-05-2018 | Saat: 13:39
Bölmə:İdman | çapa göndər

"Qarabağ"la oyunlardan sonra pis vəziyyətdə idik"




"Atletiko"nun futbolçusu Stefan Saviç "Vijesti"yə müsahibə verib.

Qol.az-ın məlumatına görə, o, müsahibəsində "Qarabağ"la oyunları da xatırladıb: "Çempionlar Liqasında qrupdan çıxa bilməməyimiz həqiqətə də hər kəs üçün böyük sürpriz oldu. O dövrdə biz pis vəziyyətdə idik, "Qarabağ"ı hər iki görüşdə yenə bilməmişdik. Bundan sonra Avropa Liqasında oynamaq kədərli görünürdü. Lakin sonda hamımız topalanaraq, finala yüksəldikdə, bunun nə olduğunu gördük. Çempionlar Liqasının 1/8 final və ya 1/4 final mərhələlərində oynamaqdansa, Avroliqanın qalibi olmaq bəlkə də daha yaxşıdır".

O bildirib ki, Madrid klubu qrupdan çıxmağa layiq idi: "Bu,"Çelsi" və xüsusisə, "Roma" ilə matçlarda özünü göstərdi. Hər iki komandadan üstün idik. Amma "Qarabağ"la görüşlər bizə Avroliqaya keçid bahasına başa gəldi. Düşünürəm ki, gələn mövsüm biz Avropa futbolunun ən yüksək zirvəsinə qayıdacaq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024