Mobil versiya
"Xəzər"in bank təminatı yoxdur" - Qurban Qurbanov
Tarix: 11-05-2018 | Saat: 15:12
Bölmə:İdman | çapa göndər

"Xəzər"in bank təminatı yoxdur" - Qurban Qurbanov


AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov birinci divizionun qalibi "Xəzər"in Topaz Premyer Liqaya buraxılmasına mane olan səbəbi açıqlayıb.

Qol.az-ın məlumatına görə, millimizin və "Qarabağ"ın baş məşqçisi "Xəzər"in bank təminatının olmadığını deyib:

"Bu klubun bank təminatı yoxdur. Buna görə də artıq nəsə demək olmur. Lisenziyalaşdırma tələblərinə əməl etmək lazımdır. Kim əməl edirsə, Premyer Liqada yerini almalıdır".

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin bugünkü iclasından sonra qurumun baş katibi Elxan Məmmədov birinci divizion təmsilçilərindən yalnız "Sabah"ın sənədlərinin məqbul sayıldığını bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024