Mobil versiya
Azərbaycan – planetin yeni idman mərkəzi
Tarix: 10-05-2018 | Saat: 10:46
Bölmə:Manşet / İdman / Seçilənlər-9 | çapa göndər

Azərbaycan – planetin yeni idman mərkəzi




Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov: “Azərbaycanda idmanın inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır”

Birmənalı olaraq demək olar ki, Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra keçən illər ərzində ölkəmizdə bütün digər istiqamətlərdə olduğu kimi, idman sahəsində də böyük uğurlar əldə olunub. Bu gün artıq Azərbaycan ən müxtəlif idman növləri üzrə mötəbər yarışlara ev sahibliyi edir, idmançılarımız beynəlxalq yarışlarda mühüm uğurlar qazanaraq dövlət bayrağımızı ucaldır, himnimizi səsləndirirlər. Məhz bu uğurların sayəsində bu gün Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır və hətta planetin əsas idman mərkəzlərindən biri kimi çıxış edir.

Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan idmanının həqiqətən də dünya səviyyəsində böyük şöhrət qazanmasında, ölkəmizdə ən müxtəlif, hətta əvvəllər ənənəvi hesab olunmayan bir çox idman növlərinin təşəkkül tapmasında və inkişafında bir dövlət qurumu olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin də müstəsna rolu vardır.

Ötən illər ərzində ölkəmizin idman sahəsində qazandığı nailiyyətlər barədə mətbuata verdiyi müsahibələrin birində Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini cənab İsmayıl İsmayılov bildirmişdi ki, müstəqil Azərbaycan Respublikasında idmanın inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda gənclər və idman sahəsində dövlət siyasətinin formalaşmasında ulu öndər Heydər Əliyevin Gənclər və İdman Nazirliyinin yaradılması haqqında 1994-cü il iyulun 26-da imzaladığı Fərmanın mühüm rolu var. Məhz bu baxımdan 1994-cü ili ölkəmizin idman həyatında əsaslı dönüşün başlanğıcı adlandırmaq olar. Həmin il müasir müstəqil Azərbaycan idmanın, bədən tərbiyəsinin dövlət siyasətində önəmli yer tutduğunu rəsmən bəyan etdi. Ölkədə idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsini və idmanı daha da inkişaf etdirmək, bu sahədə yüksək nailiyyətlər qazanmaq, güclü idmançılar hazırlamaq üçün əlaqədar qurumlar qarşısında konkret vəzifələr qoyuldu.

XXXI Yay Olimpiya Oyunlarından sonra mətbuata verdiyi müsahibələrin birində isə, nazir müavini Azərbaycan idmançılarının beynəlxalq yarışlarda yüksək nəticələr əldə etməsini şərtləndirən əsas amillərdən bəzilərini son dərəcə düzgün olaraq qeyd etmişdi: “Hazırda Azərbaycan bütün sahələrdə digər ölkələr üçün nümunədir. Bu gün dünyada bir çox ölkə Azərbaycanda idman sahəsində həyata keçirilən islahatları, görülən işləri öz təcrübələrində tətbiq edirlər. İdmançılarımızın hazırlıq prosesləri o ölkələrdə təşkil olunur ki, orada idmanın müvafiq növü inkişaf edib. Bu da müstəqil Azərbaycanın idmançılara göstərdiyi diqqət, qayğı və dəstəyin nəticəsidir. Bu gün elə bir çempionat, yarış, Olimpiada yoxdur ki, bizim idmançılarımız orada iştirak

etməkdə hansısa çətinliklə üzləşsin. Halbuki 25 il əvvəl bu, əlçatmaz arzu sayılırdı. Azərbaycan dövlətinin idmana, idmançılara qayğısı Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin onlara göstərdiyi yüksək etimaddır. Sonuncu – XXXI Yay Olimpiya Oyunlarında idmançılarımızın 18 medal qazanması və milli komandamızın adambaşına düşən medalların sayına görə 15-ci yeri tutması atletlərimizin yüksək hazırlıq səviyyəsindən xəbər verir. Azərbaycanda idman sahəsində reallaşdırılan dövlət siyasəti, o cümlədən maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir Olimpiya İdman komplekslərinin və digər idman qurğularının inşası ölkəmizdə ən mötəbər beynəlxalq yarışların, habelə Avropa və dünya çempionatlarının yüksək səviyyədə təşkilinə imkan yaradır. Hər il ölkəmizdə 50-dən çox dünya və qitə miqyaslı yarış təşkil olunur. Belə yarışların keçirilməsi beynəlxalq idman ictimaiyyətinin Azərbaycanın uğurla ev sahibliyi etdiyi mötəbər turnirlərə verdiyi yüksək qiymətin nəticəsidir”.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idman siyasəti müstəqil Azərbaycanda güclü idman potensialının formalaşması ilə nəticələnib. Düşünülmüş, məqsədyönlü proqramlar əsasında qurulan fəaliyyət müsbət nəticələr verməkdə davam edir. Ölkəmizdə bədən tərbiyəsi və idman cəmiyyət həyatının ayrılmaz tərkib hissəsi olub. Azərbaycan həm idman sahəsində qazanılan uğurlar, həm ən müasir idman infrastrukturu yaradılması, həm də mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi ilə beynəlxalq idman ailəsinin nüfuzlu üzvünə çevrilib.

Təqdirəlayiq haldır ki, bu gün Azərbaycanda idmanın inkişafı təkcə paytaxtda deyil, eyni zamanda bütün digər regionlarda da diqqət və qayğı ilə əhatə olunub. Öz çıxışlarının birində məhz bu məqama diqqət yönəldən İsmayıl İsmayılov Azərbaycanda paytaxt Bakı ilə yanaşı, bölgələrdə də idmanın sürətlə inkişaf etdiyini, ən müasir idman infrastrukturunun yaradıldığını xüsusi olaraq vurğulamışdı: “Müxtəlif səviyyəli yarışlarda uğur qazanan gənclərimizin əksəriyyəti respublikamızın bölgələrini təmsil edir. Əlamətdar haldır ki, bu gün ən ucqar bölgələrimizdə də mötəbər beynəlxalq yarışlar keçirilir. Naxçıvanda şahmat üzrə ənənəvi Qran-pri yarışının, Qəbələdə artıq dördüncü dəfədir təşkil olunan və ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən atıcılığın bütün növləri üzrə yarışların, gimnastika üzrə Qusarda, güləş üzrə İsmayıllıda turnirlərin keçirilməsi bu qəbildəndir. Həmçinin Gəncədə müxtəlif beynəlxalq yarışların təşkili regionlarda idmanın sürətli inkişafından xəbər verir. Yaxud qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess” beynəlxalq şahmat turniri və bu turnirdə dünyanın ən güclü şahmatçılarının iştirakı Azərbaycanın təbliği baxımından mühüm rol oynayır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024